Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət" portalında pensiyaçılar üçün hansı xidmətlər mövcuddur?

9964
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Bu gün Azərbaycan Respublikasının milli "Elektron Hökumət" portalı cəmiyyətin istənilən yaş dövrlərində olan  üzvləri üçün xidmət təmin etməkdədir. "Elektron Hökumət"in inkişafı və sosial əhəmiyyətinin təsdiqi sayəsində bir çox sahələrdə aparılan uğurlu islahatlar zamanı siğorta-pensiya sahəsi də diqqət mərkəzində tutulmuş, illərini əməyə sərf edən pensiyaçılar üçün daha rahat və şəffaf, beynəlxalq standartlara uyğun xidmət təmin etmək üçün tədbirlər görülmüşdür.

2006-cı ildən etibarən ölkəmizdə əmək pensiyasının - baza, siğorta və yığım hissələrindən ibarət üçpilləli sistem işə salınaraq pensiya məsələləri vahid mərkəzdə - Dövlət Sosial Müdafiə Fondunda cəmləşdirilib.

2012-ci ildə "Elektron Hökumət" portalının istifadəyə verilməsi ilə bütün xidmətlər kimi pensiya məsələləri ilə bağlı xidmətlərin elektron mühitdən "bir pəncərə" prinsipi əsasında vətəndaşlara çatdırılması üzərində işlənilmiş və hazırda, aidiyyatı qurumun 12 elektron xidməti portal vasitəsilə vətəndaşlara açıq edilmişdir.

Pensiya-siğorta ilə bağlı xidmətlərin avtomatlaşdırılması və "Elektron hökumət" prinsiplərinə uyğun təmin ediməsi bu sahədə bürokratik əngəllərin aradan qaldırılmasına, işin keyfiyyətinin və şəffaflığının artırılmasına zəmin yaradır. Həmçinin, pensiya ilə bağlı xidmətlərin açıq edilməsi, vətəndaş-məmur qarşılıqlı münasibətlərini  minimuma endirərək vətəndaşlarda yerli idarəetmə orqanlarına inamı artırır və gələcəyin pensiyaçılarını demotivasiya edəcək problemləri aradan qaldırır.

Hazırda, "Elektron Hökumət" portalı üzərindən pensiya-siğorta məsələləri üzrə aşağıdakı elektron xidmətlər aktiv istifadə olunmaqdadır:

  • * Pensiya kalkulyatoru,
  • * Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu,
  • * Pensiyaçıya məlumatların verilməsi,
  • * Siğortaolunanın onlayn uçota alınması,
  • * Siğortaolunanlara məlumatların verilməsi,
  • * Siğortaedənin uçot nömrəsinin öyrənilməsi.

Siğorta-pensiya məsələləri ilə bağlı 01.01.2015-01.08.2015-ci illərin statistik göstəricilərə nəzər saldıqda,

siğorta-pensiya modelinin "Elektron Hökumət" prinsipi üzrə uğurla fəaliyyət göstərdiyinin və pensiyaçılara şəffaf pensiya təminatı verdiyini bir daha şahidi oluruq.