Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Bu gündən məişət texnikasını “Baku Elektronics” dən kredit yolu ilə almaq üçün “Elektron Hökumət” portalından yararlana bilərsiniz

3066
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Bildiyiniz kimi artıq bir ilə yaxındır ki, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan arayışlar nəinki vətəndaşların, həmçinin, xidmət təminatçılarının da diqqət mərkəzindədir. Portal üzərindən təqdim olunan belə xidmətlər vətəndaşların sənəd toplama problemini həll etməklə yanaşı, izafi prosesləri də sadələşdirir.

 Elektron arayışların tətbiq sahəsi gündən-günə genişlənməkdədir. Artıq bir neçə müddətdir ki, "Baku Electronics" MMC ilə portalın operatoru RYTN MHM arasında əməkdaşlıq qurulub və e-arayışların tətbiqi üçün test mühiti yaradılıb. Bu gündən isə sözügedən MMC -nin müştəriləri yalnız şəxsiyyət vəsiqəsilə şirkətin mağazalarına yaxınlaşaraq iş yerindən, yaşayış üzrə və digər lazımi arayışları yerindəcə elektron (onlayn) şəkildə formalaşdıraraq, kreditlərini rəsmiləşdirə biləcəklər. Qeyd edək ki, ilkin mərhələdə elektron arayışların tətbiqi şirkətin “Azadlıq”, “İnşaatçılar”, “Qara Qarayev”, “Əhmədli” və “Sumqayıt” filiallarında nəzərdə tutulur.

İndi, vətəndaşlar istər olduqları yerdən portala daxil olaraq öz fərdi informasiyalarını istənilən quruma yönləndirə, istərsə də portalla əməkdaşlıq edən istənilən quruma müraciət edərək (təyin olunmuş qanuni prosedurlar əsasında və öz icazəsi ilə) elektron mühitdən tələb olunan fərdi informasiyalarını ötürmək imkanına sahibdir. Bu proses vətəndaşların bir kağız üzərində sənəd üçün bir neçə quruma müraciət etməsi, yollarda vaxt itirməsi, növbədə gözləməsi və s. kimi xoşa gəlməz halların qarşısını alır. Nəzərə alsaq ki, vətəndaşa lazım olan özü haqqında bu fərdi informasiya elektron arayışlarla eyni sistemdən əldə olunur, o zaman, sürət əsrində belə bir ənənəvi əməliyyatın tədricən aradan qaldırılması mühüm ictimai əhəmiyyət daşıyır.