Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron hökümət" portalında innovativ yenilik - "Mənim xidmətlərim"

2563
Mətni çap edin Mətni kopyala t1 t0 t2

"Elektron hökümət” portalı formalaşmağa başladığı ilk gündən vətəndaş-hökümət və hökumət-vətəndaş qarşılıqlı münasibətlərində ictimai tələblərin ödənilməsi istiqamətində bir çox işlər görüb. Hal-hazırda "Elektron hökümət” portalında 351 elektron xidmət əhalinin isifadəsinə verilmişdir. Portalın əsas hədəfi ictimai əhəmiyyət kəsb edən və populyar xidmətləri bir məkanda toplamaqla məhdudlaşmır. "Elektron hökümət” portalı öz işini istifadəçi tələbatı və marağı üzərində mərkəzləşdirir. Yeni təqdim olunan "Mənim xidmətlərim” funksionallığı sırf bu məqsədə xidmət edir.

"Elektron hökümət” portalı "Mənim xidmətlərim” servisi vasitəsilə istifadəçiyə öz maraq dairəsində olan və daha çox istifadə etdiyi elektron xidmətləri qruplaşdırmaq imkanı yaradır. Artıq istifadəçi portala daxil olaraq çox saylı xidmətlər arasından özünə lazım olanı axtararaq vaxt itirmək məcburiyyətində qalmayacaq. İstifadəçi gündəlik tələbatına uyğun, ən çox istifadə etdiyi xidmətləri "Mənim xidmətlərim” servisi vasitəsilə birləşdirərək dəyərli vaxtına qənaət etmiş olacaq. Tutaq ki, ödəmə ilə bağlı elektron xidmətlərdən istifadə edən istifadəçi sadəcə bir düymə ilə daima istifadə etdiyi ödəniş xidmətlərini eləcə də daha çox istifadə etdiyi digər xidmətləri bir bölmədə toplamağa nail olacaq. İstifadəçi istənilən sayda xidmət qrupu yarada və bir qrupda istənilən sayda xidmət yerləşdirə bilər. Eyni zamanda xidmət qrupunu ləğv etmək və ya qrupdan hanısa xidməti çıxarılmaq da mümkündür.

 

"Mənim xidmətlərim” servisinin izahlı təsviri:

İstifadəçi "Elektron hökümət” portalına daxil olaraq, təqdim olunan giriş vasitələrindən birini seçərək autentifikasiyadan keçir. E-xidmətlər bölməsini seçərək ümumi xidmətlər siyahısına daxil olur. Bu bölmədə yerləşdirilmiş "+ " işarəsini seçdikdən sonra, ən çox istifadə etdiyi e-xidmətlər üçün başlıq qeyd edərək qrup yaradır:

Daha sonra, müvafiq qurumlara daxil olaraq istifadə etdiyi e-xidmətin qarşısında yerləşən ulduz işarəsini seçir.

"Mənim xidmətlərim” bir növ vətəndaşın fərdi xidmət portfeli rolunu oynayaraq vaxta qənaət və rahatlığın təminatının optimal üsuludur.