Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron Hökumət Portalının operatoru RYTN MHM Azərbaycanda Microsoft şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olan ilk dövlət müəssəsi oldu

3979
Mətni çap edin Mətni kopyala t1 t0 t2

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi fəaliyyətinin beynəlxalq standartlar çərçivəsində qurulması işlərini genişləndirməkdə davam etməklə yanaşı, aparıcı İT şirkətlərlə əlaqələrini genişləndirmək istiqamətində işlər aparır. Belə ki, avqust ayında MHM 2014-cü ildə aldığı İSO 27001:2005 sertifikatını yeniləyərək İSO 27001:2013 beynəlxalq standartı üzrə sertifikata layiq görülmüşdür.

Müəssisə öz inkişaf mərhələsində növbəti addım atmış, dünyanın nəhəng proqram təminatçısı olan Microsoft şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olmuşdur. Hal hazırda Microsoft şirkətinin əməkdaşlıq proqramı özündə Dünyanın 32000 şirkətini birləşdirir.

Respublikamızda dövlət qurumları arasında ilk dəfə belə yüksək əməkdaşlıq səviyyəsinə nail olmanın səbəblərindən biri müəssisənin yüksək səviyyəli və peşəkar mütəxəssislərə malik olmasıdır. RYTN MHM Microsoft şirkətinin sertifikatlaşdırılmış Gümüş tərəfdaşlığını qazanmaqla, mütəxəssislərinin Microsoft texnologiyaları üzrə ekspertizadan keçməsini və müştərilərinin ehtiyaclarını yüksək səviyyədə qarşılamaq qabiliyyətini bir daha təsdiqləmişdir. Müəssisənin hazırlıq səviyyəsi onun Microsoft tərəfdaşlar siyahısında ilk 5% şirkətlər sırasında qərarlaşmasına imkan vermişdir.

Qeyd edək ki, Microsoft Gümüş tərəfdaşlığının əldə edilməsi sadə proses deyil. Microsoft Gümüş tərəfdaşlığını qazanmaq üçün istənilən müəssisə xüsusi ixtisas üzrə Microsoft tərəfindən sertifikatlaşdırılmış peşəkar mütəxəssislər,  satış və marketinq üzrə mütəxəssislər eləcə də, Microsoftun qiymətləndirməsindən keçmiş bir neçə texniki dəstək üzrə mütəxəssisin olması tələb olunur. Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri bu sertifikata nail olmaq üçün xüsusi texnoloji ixtisaslar üzrə Microsoft şirkətinin ciddi qiymətləndirmə prosedurlarından uğurla keçmişdir.

Belə ki, bütün qeyd olunan tələbləri ödəyən, iş prosesini Microsoft standartlarına uyğun təşkil edən Məlumat Hesablama Mərkəzi proqram təminatının inteqrasiyası üzrə Microsoftun sertifikatlaşdırılmış təcrübəsini əldə etmişdir. Müəssisənin altı proqramçısı və üç texniki xidmət mütəxəssisi sınaq imtahanlarından müvəffəqiyyətlə keçmiş Microsoftun peşəkar sertifikatına layiq görülmüşlər.

 Dünyanın 32000 şirkətini özündə birləşdirən Microsoft tərəfdaşlıq şəbəkəsinə üzv olmanın əsas üstünlükləri  aşağıdakılardır:

  • - Gümüş tərəfdaşa tədris mərkəzi tərəfindən lokal onlayn kurslar, virtual labaratoriyalar və müstəqil təhsil resurslarından faydalanmaq imkanı verilir. Bu öz növbəsində işin səmərəliliyini artmasına, texniki və marketinq bacarıqlarının yüksəlməsinə xidmət edən amillərdəndir.
  • - Gümüş tərəfdaş olmasının digər faydası ondan ibarətdir ki, müəssisə tərəfindən "Microsoft Certified Partner" loqosunu istifadə etmək imkanı yaranır. Qeyd edilən loqo şirkət tərəfindən təmin edilən xidmətlərin, proqram təminatlarının və texniki dəstəyin ən yüksək səviyyədə olduğunun göstəricisidir. Microsoft Gümüş tərəfdaşı olan şirkət loqosunu öz veb saytındada istifadə edə bilər.
  • - Müəssisə daxili istifadə üçün Microsoft proqram təminatının lisenziyaları ilə pulsuz təmin olunur.  
  • - Microsoftun Biznes İnvestisiya Fondu tərəfdaş şirkətlərə yaxından kömək etmək, satış və marketinq işlərini sürətləndirmək məqsədi ilə maliyyə dəstəyi ilə təmin edir. 
  • - Microsoft şirkəti 24 saat müddətində tərəfdaşları texniki dəstəklə təmin edir.
  • - Microsoft şirkəti müəssisənin mütəxəssislərini müxtəlif beynəlxalq təlimlərdə iştirak etmək üçün hərtərəfli dəstəkləyir.

Beləliklə, MHM-in Microsoft ilə strateji əməkdaşlığı Azərbaycanda müasir texnologiyaların inkişafına yeni təkan verəcək, həmçinin, Microsoft bulud texnologiyalarının "Elektron hökumət" portalı üzərindən təqdim olunan xidmətlərə tətbiq olunması portalın potensialını daha da artıracaqdır.