Bu gün "Elektron Hökumət" portalının operatoru RYTN MHM-də hər iki qurumun nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Toplantıda Kapital Bankın idarə heyətinin sədr müavini, Pərakəndə bankçılıq departamentinin direktoru və MHM-in rəhbərliyi iştirak edib.
Toplantı çərçivəsində portal üzərindən təqdim olunan, xüsusilə də, bank sektorunun maraq dairəsində olan elektron arayışlar barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, portal vasitəsilə vətəndaş tərəfindən fərdə aid 9 adda arayışın formalaşdırılması mümkündür. Bu arayışlardan "Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış" və "İş yerinə dair arayış"-ın bankların diqqət mərkəzində olduğu, hazırda, 20-ə yaxın bank və bir neçə lizing şirkətinin kağız üzərində sənəd tələbini vətəndaşlar tərəfindən formalaşdırılan və elektron formada göndərilən arayışlar vasitəsilə aradan qaldırdığı vurğulanıb.
Həmçinin, cari ildə mobil tərtibatların hazırlanmasına başlandığı, tezliklə sosial əhəmiyyətli mobil əlavələrin tətbiqinə keçiləcəyi bildirib. Toplantı çərçivəsində prezentasiya üzrə "Elektron Hökumət" portalının mobil versiyası nümayiş etdirilib.
Sonda hər iki qurum arasında mövcud texniki imkanlar müzakirə olunaraq gələcəyə yönəlik planlar səsləndirilib.