Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Elektron Hökumət” portalının mobil vesiyası nümayiş etdirildi

2794
Mətni çap edin Mətni kopyala t1 t0 t2

İKT vasitələrinin bütün sahələrdə geniş təşəkkül tapdığı dövrdə vətəndaşlara elektron mühitdən xidmət göstərmək idarəetmə strukturları üçün əsas prioritet məsələdir. Bu baxımdan "Elektron Hökumət" portalının rolu mühümdür. Belə ki, artıq 50-si dövlət qurumları, 35-i kommersiya və qeyri-dövlət təşkilatları olmaqla 85 qurum portala inteqrasiya edilmişdir. Bu gün 44 dövlət qurumunun 409 elektron xidmətlərini bir məkanda toplayan "Elektron Hökumət" portalının istifadə verildiyi tarixdən 3 il keçir. Portalın istifadəçi yönümlü interfeysi "şəxsi kabinet", "onlayn konsultasiya", "əks əlaqə", "mənim xidmətlərim" kimi servisləri özündə birləşdirir.

Bununla yanaşı, Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri "Elektron hökumət” portalının operatoru tərəfindən aparılır və keçən dövr ərzində 82 dövlət informasiya ehtiyatı və 169 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınıb.

"Elektron Hökumət" portalının yeni mobil platformasının tezliklə vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır. İlkin mərhələdə yaradılmış mobil platformada portalda olan 12 dövlət qurumunun  elektron xidmətləri öz əksini tapaçaq. Qeyd edək ki, mobil versiyaya vətəndaşların ən çox ehtiyac duyduğu xidmətlər, o cümlədən "Elektron Arayış"lar əlavə edilmişdir.

"Elektron Hökumət" portalının mobil platformasının ilkin versiyasından hələlik İOS əməliyyat sistemi və Android əməliyyat sisteminin idarəçiliyi altında işləyən mobil qurğu sahibləri faydalana biləcəklər.

Tezliklə, ən çox istifadə olunan istifadəçi yönümlü xidmətlər "Elektron Hökumət" portalının mobil versiyası vasitəsilə vətəndaşlara mobil telefon qədər yaxın olacaq.