Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycandakı təşkilatlarda İT infrastrukturun optimallaşdırılması və səmərəliliyinin artırılması nümunələri" mövzusunda seminar keçirildi

2361
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Bu gün Microsoft şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycandakı təşkilatlarda İT infrastrukturun optimallaşdırılması və səmərəliliyinin artırılması nümunələri" mövzusunda seminar keçirilmişdir. Tədbirdə  Dövlət Neft Fondu, Qarant Sığorta şirkəti, EuroDesing şirkəti, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və AzİnTelecom MMC-nin, həmçinin, şirkətin gümüş tərəfdaşları siyahısına yenicə daxil olmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisi məruzəçi qismində iştirak etdi. 

Tədbiri açıq elan edən Microsoft Azərbaycan şirkətinin mütəxəssisi Qaçay Mirzəyev Microsoft şirkətinin Azərbaycandakı fəaliyyəti və qurulan çoxşaxəli əməkdaşlıqlardan bəhs etdi. Microsoft həlləri barədə qısaca məlumat verən mərizəçi sentyabrın 23-də 192 dünya ölkəsində tətbiq olunan Microsoft Office 2016 və Windows 10-un Azərbaycan dilinə tərcüməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rolunu qeyd etdi. Məruzəçi Microsoftun yeni məhsullarından xüsusilə də, müasir dünyada gündən-günə artan təhlükələrin qarşısını almaq üçün təklif olunan həllərdən bəhs etdi.

Sonra söz, Microsoft Azərbaycanın yaxın tərəfdaşlarından olan Eurodesign şirkətinin mütəxəssisinə verildi. Avropa Oyunlarının Azərbaycan üçün önəmini qeyd edən məruzəçi "Baku 2015 birinci Avropa Oyunları" layihəsində tətbiq olunan Microsoft həllərinin üstünlüklərindən və əldə olunan nəticələrdən danışdı.

Daha Sonra, Dövlət Neft Fondunun nümayəndəsi  yeni inzibati binaya miqrasiya ilə bağlı toplanılan təcrübələrdən və tətbiq olunan texnologiyalardan söz açdı.

Qısa fasilədən sonra, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin şöbə müdiri Arif Mailov Açıq Açar İnfrastrukturu layihəsinin tətbiqində müəssisənin topladığı təcrübələr barədə məlumat verdi. Tələb olunan infrastrukturun qurulmasını zəruri edən amilləri və qanuni əsası barədə danışan məruzəçi Milli Açıq Açaq İnfrastrukturunun iyerarxik modeli üzrə texniki təfərrüatları nəzərə çatdırdı. Məruzəçi bildirdiki, bu günədək dövlət qurumları üzrə autentifikasiya və e-imza tranzaksiyalarının sayı 5,3 milyon, hüquqi və fiziki şəxslər üzrə isə 1,7 milyondur.  MHM-in MSXM tərəfindən hazırda e-imza ilə yanaşı, onlayn imza, mobil imza eləcə də, mobil İD təmin edildiyini bildirən mütəxəssis yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqində müəssisənin mövqeyi, vəzifələrini aydınlaşdırdı, həmçinin, gələcəyə yönəlik planlardan danışdı. Arif Mailov Microsoft Azərbaycan gümüş tərəfdaşlığının əhəmiyyətini vurğuladı və bu tərəfdaşlığın müəssisənin istər e-imza istərsədə "Elektron Hökumət" istiqamətində işinin keyfiyyətini yüksəldəcəyini qeyd etdi. İnnovativ həllərə müəssisənin xüsusi marağından danışan məruzəçi hazırda, bir çox sahələrdə elmi araşdırmaların aparıldığını kriptoqrafiya sahəsində geniş elmi nəticələrin çıxarıldığını söylədi.

Tədbirin sonunda ASAN xidmətin daxili işinin təşkilində tətbiq olunan portal həllindən və əldə olunan nəticələrdən, Cənub Qafqaz Dəhlizi layihəsinin İT inzibatçısı tətbiq olunan həllər üzrə qısaca informasiya verdi.

AzİnTelecom MMC-nin eksperti qurulmaqda olan III Tier Data Center üzrə III Tier mərhələsinin üstünlüklərindən və təhlükəsizlik şəraitini işıqlandırdı. Bildirdi ki, qurulacaq sistem məlumatların saxlanılması və mühafizəsi istiqamətində dünya standartlarına tamamilə cavab verəcək. Hazırda, bir çox müəssisələrin marağında olan Data Center təhvil verildikdən sonra bütün qurumlara xidmət üçün açıq olacaq. Məruzəçi, bununla əlaqədar, ölkənin milli "Elektron Hökumət" portalının operatoru, RYTN MHM ilə artıq əməkdaşlığa start verildiyini də diqqətə çatdırdı.

Tədbir iştirakçıların sulları və baş tutan anket sorğusunun qalibinin mükafatlandırılması ilə yekunlaşdı.