Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Elektron arayışlara vətəndaşların tələbatı artıb

3143
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Arayışlar hüquqi sənəd olaraq subyekt barədə müvafiq informasiyanı təsdiqləmə vasitəsi kimi ölkəmizdə demək olar ki, əksər fəaliyyət sahələrində tətbiq olunur. Kağız üzərində olan ənənəvi arayışların (həmçinin, bu qisimdən olan bütün sənədlərin) əldə olunması zamanı yaşanan qayğıların aradan qaldırılması olduqca vacib məsələdir. "Elektron Hökumət" infrastrukturunun  yaradılması ilə bu tip, ilk baxışdan kiçik görünən lakin ətraflı təhlil etdikdə mühüm sosial tıxac, maneə xarakteri daşıyan qayğıların tamamilə aradan qaldırılmasına münbit şərait yarandı.

Bütün bunları nəzərə alaraq, "Elektron Hökumət" portalının operatoru ötən ildən mövcud informasiya resurlarını və texniki imkanları birləşdirərək portal üzərindən vətəndaşlara elektron arayışların formalaşdırılması xidmətini təqdim etdi. Bu xidmət tezliklə bütün vətəndaşlar  tərəfindən qiymətləndirildi və portal tərəfindən vətəndaşlara təqdim edilən “Elektron arayışlar”-ın çeşidi və istifadə dinamikası getdikcə artmaqdadır. Hazırda “Elektron Hökumət” portalı vasitəsilə vətəndaşlara aşağıdakı 9 növdə e-arayışlar təqdim edilir:

 

  • Diplom haqqında arayış
  • Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış
  • Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
  • Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış
  • Yaşayış yeri haqqında arayış
  • İş yerinə dair  arayış
  • Vətəndaş haqqında “Tələbə-Məzun”  dövlət elektron məlumat sistemindən çıxarış
  • Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında e-arayış
  • Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında e-arayış

Vətəndaş portalda “Elektron arayışlar” bölməsinə daxil olaraq, qeyd olunan arayışları avtomatik olaraq formalaşdıra, həmin arayışları elektron şəkildə aidiyyatı təşkilatlara  göndərə və ya çap edərək kağız şəklində təqdim edə bilir. Bu xidmətdən istifadə etmək üçün vətəndaş  “Elektron Hökumət” portalında autentifikasiyadan keçməlidir.  İstifadəçi öz seçiminə uyğun autentifikasiya vasitəsindən kecdikdən sonra xidmətdən yararlana bilər  və bu zaman portal artıq öz istifadəçisini identifikasiya  etdiyi üçün elektron xidmətdən istifadə zamanı vətəndaşın  fərdi məlumatları avtomatik formalaşan arayışlarda öz əksini tapacaq.

2015-ci ilin sentyabr ayı üzrə portalın statistikasına əsasən  elektron arayışlardan istifadə sayı   42337-yə çatıb.  Təkcə sentyabr ayı ərzində “İş yerinə dair arayış”dan 22856 dəfə, “Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış”dan isə 12156 dəfə, “Yaşayış yeri haqqında arayış” dan 2723 dəfə, “Diplom haqqında arayış”dan 1576 dəfə, “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış”dan 1537 dəfə, “Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış”dan 1033 dəfə və “Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış”dan 456 dəfə istifadə edilib.

 

Qeyd edək ki, elektron arayış sisteminin vətəndaşlar üçün bir sira üstünlükləri var:

  • Vətəndaşın sutkanın 24 saatı ərzində, istədiyi vaxtda təşkilata onlayn müraciətin göndərə bilməsi imkanı;
  • Vətəndaş üçün vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi;
  • Bürokratik proseslərin və neqativ halların aradan qaldırılması;
  • İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması.

Eyni zamanda bu xidmətin tətbiqindən istifadə edən təşkilatlar da aşağıdakı üstünlükləri əldə etmiş olurlar:

  • Vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi;
  • Vətəndaşın  fərdi məlumatlarının dəqiq göstərilməsinə əminliyin olması;
  • Elektron arayış sistemi vasitəsi ilə təşkilata  saxta arayışın təqdim edilməsinin tam aradan qaldırılması;
  • Vətəndaşlar tərəfindən şişirdilmiş əmək haqqlarının göstərilməsinin qarşısının alınması;
  • Əlavə olaraq  vətəndaşın iş stajı, iş yeri, vəzifəsi ilə bağlı məlumatlar əldə etmək imkanının yaradılması.
  •  

Bildiririk ki, “Elektron Hökumət” portalı vasitəsilə təqdim edilən arayışlar portal tərəfindən e-imza ilə imzalandığından, eyni zamanda QR-kod və ştrix kodla təsdiqləndiyindən “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”nun 24.4 bəndinə əsasən, portal tərəfindən formalaşdırılan elektron arayışlar eyni məzmunlu kağız üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdirlər.