Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi məqsədilə hazırlanan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə əlaqədar “Elektron Hökumət” portalı, ƏƏSMN və Mobil Operatorların nümayəndələri görüşüb

10982
Mətni çap edin Mətni kopyala t1 t0 t2

14.10.2015-ci il tarixdə Elektron Hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində “Azercell Telekom” MMC, “Azərfon” MMC, “Bakcell LTD” MMC  və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri ilə görüş baş tutub.

 

Gpörüşdə “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası ilə əlaqədar “Elektron Hökumət” portalı vasitəsi ilə ƏƏSMN  və mobil operatorlar  arasında təşkil edilən xidmətdən istifadə qaydaları üzrə Texniki Şərt müzakirə edilib.

Texniki Şərt ƏƏSMN -nin  informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılması ilə əlaqədar hazırlanmışdır.

Mövcud sənəd  ƏƏSMN, “Elektron Hökumət” portalı və Mobil Operatorlar arasında məlumat mübadiləsini təmin etmək üçün tərtib edilmişdir. Bu Texniki  Şərt hazırlanarkən “Fərmanın”icrası ilə məşğul olan bütün rəhbər işçilərin, texniki şura üzvlərinin, proqram təminatı və sistem idarəçiliyi mütəxəssislərinin rəhbər sənədi kimi nəzərdə tutulmuşdur.

 

Təşkil edilən xidmət (veb servis) 2 hissədən ibarətdir:

 

  1. Mobil nömrə siyahısı  üzrə ayrı-ayrılıqda cari borc və keçmiş 365 gün ərzindəki ödənilmiş məbləğlər haqqında  məlumat.

Bu məlumatların mübadiləsini təmin edəcək servis ancaq “Elektron Hökumət” portalı və Mobil Operatorlar arasında inteqrasiya edilir və daxili şəbəkə üzərindən məlumatlar təhlükəsiz şəkildə ötürülür.

 

     2.Mövcud servis daxil edilmiş FİN üzrə şəxsə aid bütün telefon nömrələri üzrə cari borc və keçmiş 365 gün ərzindəki ödənilmiş məbləqlər  haqqında məlumatı geri qaytarır.

Servis ancaq “Elektron Hökumət” portalı və ƏƏSMN arasında inteqrasiya edilir. ƏƏSMN “Elektron Hökumət” portalı üzərindən 1-ci servis ilə məlumat mübadiləsinə daxil olaraq müvafiq  operator tərəfindən məlumatları alır.  

 

Görüş zamanı Texniki Şərtlərin detalları ətraflı müzakirə edildi və iştirakçılar bununla bağlı öz fikirlərini bildirdilər. Qərara alındı ki, görüş iştirakçıları 3 gün ərzində Texniki Şərtlə bağlı rəy və təkliflərini MHM-ə göndərsinlər və tam şəkildə hazırlanıb birgə razılaşdırıldıqdan sonra Texniki Şərtə uyğun olaraq proqram təminatının yazılmasına başlanılsın.