Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Bakı Ali Neft Məktəbində tələbələrlə “Elektron Hökumət və gənclər” movzusunda seminar keçirildi

1827
Mətni çap edin Mətni kopyala t1 t0 t2

20 oktyabrda "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Bakı Ali Neft Məktəbində tələbələr üçün "Elektron Hökumət və gənclər" mövzusunda seminar təşkil olundu. Bundan əvvəl İqtisad Universitetində, ADA Universitetində, Sumqayıt Dövlət Universitetində, Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində baş tutan anoloji seminarlarda məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və sair barədə ətraflı informasiya vermək və onlarda praktiki biliklərin aşılanmasıdır.

Bu məqsədlə hazırlanmış prezentasiya ilə “Elektron Hökumət” portalının mütəxəssisləri seminarı açıq elan etdilər və seminara interaktiv dialoq şəklində start verildi. Məruzəçilər “Elektron Hökumət”in infrastrukturu, əsas komponentləri, e-xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları ilə yanaşı "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs etdilər, "Elektron hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər barədə ətraflı məlumat verdilər. “Elektron arayışlar”, “Elektron ödənişlər”, “Əks əlaqə”, “Onlayn konsultasiya” və portalda yaradılmış digər funksionallıqlar və servislər barədə iştirakçılara geniş məlumat verildi. “Elektron Hökumət” portalının bu günlərdə istifadəyə verilmiş yeni versiyasının üstünlüklərindən, daha sadə və daha istifadəçiyönümlü olmasından bəhs edildi.

Portal üzərindən təqdim olunan elektron xidmətlərdən məhz gənclər üçün nəzərdə tutulmuş və daha çox istifadə olunan elektron xidmətlər real rejimdə test edilərək nümayiş etdirildi. Yüksək nəticələrlə tələbə adını qazanmış Bakı Ali Neft Məktəbinin tələbələri seminarda çox aktiv şəkildə iştirak edərək məruzəçilərə onları maraqlandıran suallarla müraciət etdilər

Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam etdi. Seminarda aktiv iştirak edən tələbələrə e-imza sertifikatları, kart oxuyucular, portalda qeydiyyatdan keçmək üçün kod/parollar və  digər hədiyyələr təqdim olundu.