Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İnformasiya Sisteminin "Elektron hökumət" portalına inteqrasiya edilməsi məqsədilə MHM-də görüş keçirildi

4397
Mətni çap edin Mətni kopyala t1 t0 t2

20 oktyabr tarixdə  “Elektron Hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətli nümayəndələri ilə görüş keçirildi. Görüşün keçirilməsində məqsəd Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İnformasiya Sisteminin "Elektron hökumət" portalına inteqrasiya edilməsi ilə əlaqədar texniki, proqram və prosedur məsələlərin birgə  müzakirə edilməsidir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı təsdiq edilmişdir.  Bu siyahıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı informasiya sistemin portala qoşulması tələb olunur:

  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi

Eyni zamanda, Fərdi məlumatlar haqqında qanunun 7.1.3-cü bəndinə əsasən subyektin "informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq" hüquqları vardır. Qanunun 12.1 bəndində isə göstərilir: "Mülkiyyətçi və ya operator ödənişsiz olaraq subyektə onun haqqında məlumatları təqdim etməli, eləcə də bu Qanunun 7.1-ci maddəsində göstərilmiş hüquqlarını təmin etməlidir."

Görüşdə MHM-in nümayəndələri tərəfindən qeyd olundu ki, Qanunun tələblərinə uyğun olaraq, İnformasiya sistemlərinin portala qoşulmasını sürətləndirmək, informasiya sistemlərində subyektlər haqda toplanmış məlumatların subyektə təqdim edilməsi üçün, fərdi məlumatlar haqda qanunun tələblərinə uyğun olaraq elektron hökumət portalında veb servislər bölməsi yaradılmışdır.  Servislər vasitəsilə subyektlər özləri haqda toplanmış məlumatların səhihliyinə nəzarət etmək imkanı əldə etmiş olacaqlar.

Bu məqsədlə Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə nəzərdə tutulan informasiya sisteminin "Elektron hökumət" portalına qoşulması məqsədilə  web servisin hazırlanaraq MHM-ə təqdim edilməsi və servisin konkret strukturu müzakirə edildi.

Bundan başqa həmin servisin portal üzərindən hansı qurumlara ötürüləcəyi, hansı xidmətlərin və e-arayışların  hazırlanmasının mümkünlüyü məsələləri müzakirə edildi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də bir sıra qurumlardan müəyyən servislərin almaq istəyində olduqlarını bildiridilər.

Qeyd edirik ki, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 4 xidməti elektronlaşaraq portal üzərindən vətəndaşların ixtiyarına verilib.