Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Rabitə vasitələrinin satışı və istifadəsi zamanı tətbiq olunacaq informasiya sistemi sabit operatorlara nümayiş etdirildi

2416
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Xəbər verdiyimiz kimi, Azərbaycan Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edilib.

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində rabitə vasitələrinin satışının müvafiq qərara uyğun olaraq təşkili üçün hazırlanmış informasiya sisteminin  sabit operatorların istismarına verilməsi ilə bağlı toplantı keçirildi və prosesin ssenarisi üzrə hazırlanmış prezentasiya toplantı iştirakçılarına nümayiş etdiridi. Toplantıda "TransEvroKom” MMC, "Catel" MMC, "Ultel" MMC və "Azərtelecom" MMC-nin nümayəndələri iştirak edirdilər.

Sabit operatorların istifadəsinə veriləcək informasiya sistemi yeni telefon çəkilişi zamanı ərizəçinin məlumatlarının sistemə düzgün işlənilməsini tam təmin edəcək. Bunun bağlı olaraq, sistem vasitəsilə istər vətəndaşlar, istərsə də hüquqi/fiziki şəxslər üçün telefon çəkilişi prosesi bütünlüklə elektronlaşdırılmışdır. Belə ki, ilkin olaraq sistemə işlənəcək abunəçi məlumatları İAMAS məlumat sistemi üzrə avtomatik formalaşdırılacaq, həmçinin, əl ilə qeyd olunması nəzərdə tutulmuş digər məlumatların tam məzmunlu işlənilməsi üçün də şərait yaradılmışdır. Sistem vasitəsilə abunəçi müqaviləsindən tutmuş aktivləşdiriləcək servislərə qədər bütün detallar tam elektronlaşdırılmışdır.

Hesab edirik ki, proses başa çatdıqdan sonra yeni qərara uyğun olaraq nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslər sistemləşdiriləcək və mövcud qüsurlar aradan qaldırılacaqdır.

Qeyd edək ki, sözügedən informasiya sistemi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanıb və xidmət "Elektron Hökumət" portalı üzərindən həyata keçirələcək.