Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət" portalında daha bir yenilik

3310
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Son dövrlərdə elektron arayışlar(çıxarışlar) portalda ən çox istifadə olunan xidmətlərdəndir. Buna görə də sosial tələbatın çox olduğu elektron çıxarışların əhatə dairəsi getdikcə genişlənir. Artıq “İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış”ı "Elektron Hökumət" portalında formalaşdırmaq mümkündür. Sözügedən arayışda istifadəçinin il ərzində rabitə xidmətləri üzrə aparılan ödənişlər əks olunur.

Qeyd edək ki, “İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış”ı həm qısa, həm də geniş formada əldə etmək mümkündür. Arayışda  vətəndaşa aid bir sıra fərdi məlumatlar: telefon nömrəsinə aid ünvan, telefon nömrəsinin aid olduğu Telefon Qovşağı, müqavilənin bağlanıldığı tarix, cari borc barədə məlumatlar da öz əksini tapır. Buna görə də, elektron çıxarışı əldə etmək üçün  ilk olaraq “Elektron Hökumət” portalında (e-gov.az) qeydiyyatdan keçmək lazımdır. “İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış”ı portalda qeydiyyatdan keçdikdən sonra  “Elektron çıxarışlar” (arayışlar) bölməsinə daxil olaraq formalaşdırmaq mümkündür.

Bildiyiniz kimi, indiyədək portal vasitəsilə 10 adda elektron çıxarışlar vətəndaşlar tərəfindən istifadə olunurdu.  Beləliklə, artıq portal üzərindən 11 növ elektron arayışı formalaşdıraraq çap etmək, yaxud elektron şəkildə aidiyyatı quruma göndərmək mümkün olacaq.

Sənədləşmə prosesinin və istifadəçilərin kağız yükündən azad olmasına xidmət edən bu təşəbbüs ölkədə ilk dəfə “Elektron Hökumət” portalı tərəfindən göstərilmişdir. Vətəndaşa aid məlumatların elektronlaşdırılması təkcə kağız yükünün aradan qaldırılmasına xidmət etmir, həmçinin gələcəkdə bir sıra elektron müraciətlərin icrası zamanı belə məlumatların sistem tərəfindən avtomatik emal olunaraq nəzərə alınmasını da mümkün edəcək.