Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Əmək müqaviləsi üzrə bildirişlər "Elektron Hökumət" portalı vasitəsilə əlçatandır

3880
Mətni çap edin Mətni kopyala t1 t0 t2

“Fərdi məlumatlar haqqında Qanun”un tələblərinə uyğun olaraq, dövlət qurumlarının mülkiyyətində olan bir çox informasiya ehtiyatlarında vətəndaşlar haqqında toplanmış fərdi məlumatlar hazırda vətəndaşlara açıq edilmişdir və fərdə aid müxtəlif məzmunlu informasiyalar "Elektron Hökumət" portalı üzərindən vətəndaşlar üçün əlçatandır.

Portalın vətəndaşlara göstərdiyi belə xidmətlərdən biri "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi"dir. Bu xidmətdən vətəndaşlar aktiv şəkildə istifadə edirlər və oktyabr ayının statistik göstəricilərinə əsasən bu xidmətdən 42911 dəfə istifadə olunmuşdur. Sözügedən xidmət vasitəsilə vətəndaşlar əmək müqaviləsi üzrə əks olunan məlumatlarla tanış ola, həmçinin bildirişi pdf formatında kompüterinə yükləyə bilərlər.

Bu xidmət ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti əsasında yaradılmış informasiya sistemi əsasında formalaşdırılmışdır. 2014-cü ildən etibarən, işə götürənlər qarşısında qoyulan əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması tələbi işçi hüquqlarının qorunması habelə, vergidən yayınma kimi xoşa gəlməz halların aradan qaldırılmasına xidmət edir. Qeyd edək ki, oktyabr ayı ərzində sözügedən xidmətdən 126909 dəfə istifadə olunub.

"Elektron Hökumət" portalı 2012-ci ildən etibarən artıq 3 ildir ki, fərdi məlumatlar üzrə informasiya sistemlərinin müvafiq standartlara uyğunlaşdırılması və portala inteqrasiyası üzərində işləyir. Bu gün portal üzərindən təqdim edilən əmək müqaviləsi bildirişləri, iş yerinə dair çıxarışlar(arayış) məhz davam etməkdə olan bu fəaliyyətin nəticəsidir.