Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət" portalına qoşulmaqla bağlı daha bir bank öz istəyini bildirdi

2552
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Xəbər verdiyimiz kimi, "Elektron Hökumət" portalı xidmət məkanı olmaqla yanaşı, fərdin identifikasiyası sistemi (identity scoring) rolunu da oynayır. Bu gün portal vasitəsilə vətəndaş özünə məxsus 11 növ məlumatı rahatlıqla bir neçə saniyədə formalaşdırıb tələb olunan müəssisəyə elektron və kağız şəklində göndərmək imkanına sahibdir.

Hələ bir il öncə təməli qoyulan "Elektron arayışlar" bölməsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən  “İl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında ”çıxarış (arayış) əlavə edildi. Portala yaxın gələcəkdə əlavə olunacaq bu məzmunlu çıxarışlar vətəndaşa məxsus bir çox məlumatların vətəndaşın özü tərəfindən əldə olunmasını və öz məlumatlarından müvafiq məqsədlə istifadəni mümkün edir. 

Hazırda, belə istifadə real əksini daha çox kredit müraciətlərində tapmışdır. Belə ki, bu gün 25-dən  artıq bank vətəndaşlardan fərdi məlumatları üzrə kağız daşıyıcıda sənəd tələbini ləğv etmişdir. Belə bankların sırasına "AFB" Bank ASC-də qoşulmaqdadır. Sözügedən bankla keçirilmiş toplantıda vətəndaşın ödəmə qabiliyyətinin kağız üzərində sənəd tələbi olmadan müəyyənləşdirilməsi üçün portalın imkanları müzakirə edilmiş, bu imkanlardan "AFB Bank" müştərilərinin faydalanması üçün qanunvericiliklə müəyyən olunmuş qaydalar və texniki dəstək üzrə məsələlərdən danışılmışdır.