Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət" konsepsiyasının həyata keçirilməsində dünya təcrübəsi

2234
Mətni çap edin Mətni kopyala t1 t0 t2

 

“Elektron Hökumət” və informasiya  bərabərsizliyi

“Elektron Hökumət” (e-Government) mövzusu  hazırda bütün dünyada son dərəcə aktualdır. “Elektron Hökumət”lə bağlı müxtəlif yazılar yazılır, araşdırmalar aparılır, vətəndaş cəmiyyətinin mövcudluğu  və informasiya cəmiyyətinin inkşafı, elektron hökumətin vətəndaşlara, dövlətə  verdiyi və verəcəyi tövhə, bəzi hallarda isə “Elektron Hökumə”tin mövcudluğunun vətəndaşa, məmura və biznesmenə hansı halda xoş gəldiyi və hansı halda onları narahat etdiyi araşdırılır. Həmçinin, “Elektron Hökumət”in daha  effektli və daha faydalı olması üçün görüləcək işlər müzakirə edilir. Mütəxəssislərin fikrincə hökumətin elektronlaşmasına təsir edən və daha çox müzakirə olunmalı, amma adətən az müzakirə olunan əsas məsələlərdən biri də informasiya bərabərsizliyidir.
“Elektron Hökumət”in reallaşdığı ölkələrdə bu proses hər zaman milli səviyyədə korporativ informasiya sistemləri vasitəsi ilə həyəata keçirilir. Lakin,  "Elektron Hökumət"ə ölkə daxilində vətəndaşın  və biznes qurumunun hökumətlə  qarşılıqlı əlaqəsinin  obyekti kimi deyil, müxtəlif  və çox sahəli qurum, mərkəzi, yerli icra və bələdiyyə orqanları və sair kimi baxılmasını tələb edir.

Məlumdur ki, oflayn cəmiyyət artıq tam olaraq yeni elitaya, rəqəmsal cəmiyyətə uduzur. Elvina Toffler 1970-ci ildə nəşr edilən məşhur “Gələcəyin şoku” kitabında yazır. Yer üzündə yaşayan insanların kənd təsərrüfatı  və yığımçılıqla məşğul olan  70%-i həvəslə yaşayır, bunlar  “köhnə insanlarıdır”, bununla yanaşı yer kürəsinin inkşaf etmiş ölkələrində yaşayan təxminən 25% insan var ki, bunlar “müasir insanlardır”, planetin geridə qalan 3-5% -nə isə nə keçmiş, nə də gələcək insan demək olmaz, belə ki onlar gələcəkdə yaşayırlar. 

Bu fikirlər 45 il bundan əvvəl yazılıb. Təəssüflər olsun ki, son onillikdə bütün texnoloji inkişafa baxmayaraq sosial inkişaf o qədər də surətlə getmir. Hətta demək olar ki, bu problem Tofflerin söylədiyi vaxtdan indi daha çox artıb.

Müasir cəmiyyətin fundamental problemlərindən biri olan informasiya bərabərsizliyini belə xarakterizə etmək olar.  Misal üçün, bu gün dünyada 1,5 milyard televizor, 2,5 milyard radioqəbuledici var ki, bunlardan da  yer üzündə yaşayan insanların 75% -i istifadə edir. Bununla yanaşı planetdə əhalinin  5% -nin kompüteri var. Onlardan cəmi 2%-i internetə qoşulub, bu da təxminən 100 milyon kompüter deməkdir. Planetin yarıdan çox əhalisi nəinki  heç vaxt telefonla zəng etməyib, heç telefonu görməyiblər də (məlumatı Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı yayıb). Ümumilikdə Nyu-Yorkda olan telefon şəbəkəsi  bütün Asiyanın kənd əhalisinin telefon şəbəkəsindən, Londonda internet istifadəçisilərinin sayı isə bütün Afrikadan çoxdur. 

Hətta inkşaf etmiş böyük Britaniyada internetə qoşulan 60% ailələr imkanlı ailələrdir. Gəlirləri az olan cəmi 5-7% ingilisin internetə çıxışı var. İçtimai fikir fondunun araşdırmasına görə 11% Rusiya vətəndaşı internetdən istifadə etməyə imkanı olduğu halda buna maraq göstərmirlər. Bir sözlə informasiya bərabərsizliyi təkcə iqtisadi problem deyil, həm də sosial-mədəni fenomendir.

Qeyd edək ki, dünya əhalisinin böyük hissəsinin  internetə daxil olması, telekomunikasiya vasitəsilə informasiya alması və emal etməsi  ölkə daxilində də dünyadakı kimi  şəhərlər və regionlar üzrə kəskin dəyişir. Bu da informasiya bərabərsizliyinə səbəb olur. 

Nəticədə isə “Elektron Hökumət” dünyada və regionlarda yaranmış bu kimi  informasiya bərabərsizliyi ilə bağlı fundamental problemlərlə qarşılaşır.