Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Elektron Hökumət" portalında növbəti yenilik....

4049
Mətni çap edin Mətni kopyala t1 t0 t2

 

Artıq hər kəs tibbi müayinə barədə məlumatı portaldan əldə edə biləcək

İKT-nin inkişafı bu gün ölkəmizdə fərdə aid bir çox məlumatların elektron mühitdən əldə edilməsini mümkün edib. "Elektron Hökumət" portalında və qurumların səhifələrində açıq edilmiş bu növ xidmətlər sayəsində kağız daşıyıcıda olan sənədlər eyni mənbədən daha rahat, daha şəffaf və eyni zamanda etibarlı olan elektron sənədlərlə əvəz edilir.

Bu baxımdan, vahid elektron xidmət məkanı olan "Elektron Hökumət" portalı hər ötən gün zənginləşməkdədir. Belə ki, yeni iş həftəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən portala tibbi müayinə məlumatları ilə bağlı yeni elektron xidmət inteqrasiya olunmuşdur. Sözügedən "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" elektron xidməti onlayn rejimdə istifadəçini keçdiyi müayinələr barədə məlumatlarla təmin edəcəkdir.

"Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə etmək üçün,

https://www.e-gov.az/ ünvanı vasitəsilə "Elektron Hökumət" portalına daxil olmaq, daha sonra, E-XİDMƏTLƏR bölməsində BÜTÜN XİDMƏTLƏR düyməsini seçmək lazımdır.

Növbəti mərhələdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətləri siyahısından “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” elektron xidmətini seçərək autentifikasiya vasitələrindən birini istifadə etməklə portala giriş etmək lazımdır.

Vətəndaş özü ilə bağlı sistemdə olan müayinələri "Müayinələrin reyestri" menyusunda görə bilər. Bu reyestrdə bildirişin nömrəsi, müayinə tarixi, təyinat tarixi, növbəti müayinə tarixi, əlillik qrupu, əlillik növü barədə məlumatlar əks olunacaq. İstifadəçi xidmətdən istifadə etməklə çıxarışını əldə etmək üçün müvafiq müayinəni qeyd edərək, çıxarışı yüklə düyməsini seçməklə faylı kompüterinə yükləyə bilir.

Bu xidmət vasitəsilə mövcud çıxarışın yoxlanılması da mümkün edilmişdir. Belə ki, müayinələrin reyestrindən əldə edilmiş çıxarışlar istənilən yerə təqdim edildikdə "çıxarışın yoxlanılması" menyusunda (müvafiq sahəyə çıxarışın nömrəsini və tələb olunan əməliyyatın nəticəsini qeyd edilməklə) yoxlanıla bilər.

Bundan əlavə sözü gedən xidmətdə "çıxarışların tarixçəsi", "mənim yoxladığım çıxarışlar" və "mənim yoxlanılan çıxarışlarım" bölmələri mövcuddur. Sistem üzərindən əldə edilən bütün çıxarışlar barədə məlumatlar "çıxarışların tarixçəsi"ndə əks olunur. "Mənim yoxladığım çıxarışlar" bölməsində yoxlanılan çıxarışların nömrəsi, aid olduğu şəxs, yoxlanılan tarixlə bağlı məlumatlar qeyd olunur. "Mənim çıxarışlarımı yoxlayanlar" bölməsi vasitəsilə isə vətəndaş sistem üzərindən əldə olunan çıxarışların kim tərəfindən yoxlanıldığı barədə məlumatları əldə edəcəkdir.