Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

11 elektron arayış "Elektron Hökumət" portalı üzərindən vətəndaşların istifadəsindədir

3370
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Cari ildə "Elektron Hökumət" portalının əsas uğurlarından biri kağız üzərində olan bir çox sənədlərin elektronlaşdırılmasıdır. Bu proses vətəndaşa aid məlumatların heç yerə getmədən bir  portal üzərindən avtomatik formalaşdırılmasına imkan yaradır. Arayış əldə etmə prosesinin rahat və şəffaflaşdırılmasını təmin edən bu təşəbbüs qurumlar arasında portal üzərindən informasiya mübadiləsi nəticəsində mümkün olur.

Arayışların elektronlaşdırılması ilkin olaraq Vətəndaşa aid fərdi məlumatlar üzrə arayışdan başlanıldı. Dövlət Sosial Müdafiə Fondu ilə geniş əməkdaşlıq mühitində hazırlanan bu arayış ölkədə xüsusilə bankçılıq və bir çox ticarət sektorunda vətəndaşlardan əlavə sənəd tələbinin aradan qaldırılmasına səbəb oldu.

Təhsil barədə arayış hər bir vətəndaşdan bir neçə dəfə tələb olunan sənədlərdəndir. Məzmunca təhsil müəssisəsi və ixtisas kimi faktları təsdiq edən bu sənədin əldə olunması yenə də təhsil müəssisəsinə müraciət edilərkən sərf olunan enerji və vaxt itkisi, sənəddə kargüzar tərəfindən yol verilə biləcək səhvlər və kağız üzərində sənədin itmə və korlanması kimi xoşa gəlməz halları istisna etmir. Belə arayış artıq portal üzərindən Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən açıq edilmişdir.

Yaşayış yeri barədə arayış bir çox hallarda yaşadığımız ünvan yaxınlığında Mənzil Kommunal İstimar İdarələri tərəfindən təmin edilsə də bu məsafə bizə ev və ya iş yerimizdə istifadə etdiyimiz kompüter qədər yaxın deyil.

İşlədiyimiz müəssisə tərəfindən təmin olunan İş yerindən arayış adətən 3-4 nəfərin iş masası üzərindən keçən kimliyimizə və çalışdığımız vəzifəyə aid 2-3 faktı təsdiq edən sənəddir. Elektronlaşmanın bir məkandan 430-dən artıq sosial xidmət təmin edə bildiyi, fərdə məxus daha etibarlı və dəqiq olan informasiya sistemləri mövcud olduğu dövrdə hələ də kağız üzərində məlumat qəbulu və ötürülməsi məsələsi beləcə tədricən aradan qalxacaqdır.

Bu gün vətəndaşlar üçün əlçatan olan Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayışİl ərzində rabitə xidmətləri üzrə ödənişlər haqqında arayış fərddən bir çox rəsmi əməliyyatlar zamanı tələb olunan sənədlərdir.

"Elektron Hökumət" portalı tərəfindən təqdim olunan elektron arayışlar bu gün həm vətəndaşların, həm də eyni öhdəliyi yerinə yetirməli qurumun işini sadələşdirir və sərf olunan vəsaitə və işçi qüvvəsinə qənaət edir.