Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

E-hökumət portalı öz istifadəçilərinin rəy və təkliflərinə daima önəm verir

2481
Mətni çap edin Mətni kopyala t1 t0 t2

 

Sivil idarəetmə metodunu özündə təcəssüm etdirən “Elektron Hökumət”in inkşafında  vətəndaşın rolu  çox böyükdür. Daim innovativ yeniliklərlə təkmilləşən “Elektron Hökumət” portalında yaradılan “fikir bankı” adlı funksionallıq portal istifadəçilərinin rəy və təkliflərini nəzərə almaq üçün yaradılıb. Portalın daha da təkmilləşdirilməsinə maraq göstərən istifadəçilər "Elektron Hökumət" quruculuğu üzrə təkliflərini, ideyalarını bildirmək üçün əsasən bu funksiyadan yararlanırlar. Məsələn, keçən dövr ərzində Fikir Bankında 206 müraciət qeydə alınıb və onlardan 129-u təklif olaraq qəbul edilib. Portalın səhifəsində görünən bu təkliflərə ziyarətçilər “bəyəndim”, “bəyənmədim” adlı düymədən istifadə edərək münasibət bildirə, yaxud diqqətini çəkən istənilən təklifə şərh bölməsində öz münasibətlərini qeyd edə  bilərlər.  Həmçinin, istifadəçilər təkliflər içərisindən “ən son əlavə olunanlar” və “ən reytinqlilər”i görə və ən çox bəyənilən ideyaları müəyyənləşdirə bilirlər. Nümunə üçün qeyd edə bilərik ki, 12 fevral 2015-ci il tarxində Məmmədov Şamil adlı istifadəçi tərəfindən göndərilən və hazırda ən çox reytinq toplayan “Vətəndaşın adına olan bütün kredit ödənişlərinin, cərimələrin, kommunal ödəmələrin portal tərəfindən təqdim olunan "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətində əks olunması” təklifi 12181 dəfə bəyənilib. Ən çox təklif olunan bu xidmət  “Mərkəzi Bankın kredit reyestr xidmətinin fərdi qaydada portalda yerlesdirilməsi” ilə bağlıdır. Vətəndaşlar özlərinə aid kredit tarixçələri ilə əlaqədar banka  müraciət etmədən portal vasitəsilə xəbər tutmaq istəyirlər. Qeyd edək ki, fikir bankına olan maraq yəni, bir təklifi 12181 nəfərin  bəyənməsi, 3604 nəfərin  inkar etməsi vətəndaşların  “Elektron Hökumət” quruculuğunda aktiv iştirak etməyə səy göstərməsinə bariz nümunədir.

Ən son əlavə olunan təklif isə 2015-ci il noyabrın 11 də qeydə alınan  “Pensiyaçılar haqqında elektron arayışın olması” təklifidir.  

Qeyd edək ki, qəbul edilən  müraciətlərdən 12-si artıq reallaşıb, portalın marağına səbəb olan 15 fikir,  o cümlədən bəyənilmə sayına görə liderlik edən “Mərkəzi Bankın kredit reyestr xidmətinin portalda yerləşdirilməsi” xidmətinin reallaşdırılması üçün işlər aparılır.

Təklif göndərmək isə çox sadədir. Bunun üçün   portalın ana səhifəsində yerləşdirilmiş  “Fikir bankı”na daxil olmaqla (https://www.e-gov.az/teklifler/) yuxarıda sarı rəngdə verilmiş  “təklif göndər” linkinə klikləməklə açılan yeni səhifədə şəxsiyyət vəsiqənizin FİN-ni, adınızı, soyadınızı, elektron poçt ünvanınızı və əlaqə nömrənizi qeyd edib, təklifinizin istiqamətini müəyyənləşdirərək, 3500 simvoldan ibarət təklifinizi daxil edə, yaxud hazırladığınız videonu təhlükəsizlik kodunu qeyd etdikdən sonra göndərə bilərsiniz. 

"Elektron Hökumət" bürokratik hallarınn aradan qaldırılması, vətəndaşlara şəffaf və rahat xidmət göstərilməsi üçün ən optimal və innovativ həlldir. Bu şəffaf xidmət platformasının məqsədyönlü inkişafı üçün cərəyan edən proseslərdə cəmiyyətin aktiv iştirakı olduqca vacibdir. "Fikir Bankı" isə bu iştirakı təmin edəcək vasitələrdən yalnız biridir.