Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

"Bakutel 2015" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işini uğurla yekunlaşdırdı

2152
Mətni çap edin Mətni kopyala t1 t0 t2

 

 

Bakı Ekspo Mərkəzində 2-5 dekabr tarixlərini əhatə edən telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri olan "Bakutel-2015" sərgisi başa çatdı. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi artıq 4 ildir ki Bakutel sərgisində "Elektron Hökumət" portalı üzrə e-xidmətləri və yenilikləri vətəndaşlara həmçinin, sərgidə iştirak edən xarici qonaqlara nümayiş etdirir.

Bu il də sərgi çərçivəsində iştirakçılara "Elektron Hökumət" portalı üzrə təqdimatlar göstərilmiş, portalın ictimai əhəmiyyəti və üstünlükləri izah olunmuşdur. Portal üzrə vətəndaşın özü tərəfindən formalaşdırılan elektron arayışlar, eləcə də, onlayn ödəmə imkanlarını genişləndirən elektron ödənişlər  iştirakçıların ən çox diqqətinə səbəb olan xidmətlərdir. Vətəndaşlara həmçinin, elektron sənəd mübadiləsinin əsas elementi olan elektron imza eləcə də, ictimai məlumatların açıq edilməsində data.e-gov.az portalının rolu və inkişaf perspektivləri izah olunmuşdur.

Sərgidə,

  • * Yaşayış yeri barədə elektron arayış;
  • * Diplom barədə elektron arayış;
  • * Tələbə-məzun informasiya sistemindən çıxarış;
  • * Şəxsiyyət vəsiqəsinin elektron sürəti;
  • * Vətəndaşın adına olan mobil nömrələr;
  • * Yeni autentifikasiya vasitəsi olan E-gov İdentity;

xidmətləri praktiki olaraq vətəndaşlara nümayiş olunmuş, portala girişi olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin skan olunması ilə istifadəçi adı/şifrə verilmişdir.

Qeyd edək ki, sərgi çərçivəsində "adınıza qeydiyyatda olan mobil nömrələrin siyahısı xidməti"nə 100-ə yaxın, elektron arayışlara 200-ə yaxın müraciət qeydə alınmışdır. 100-ə yaxın iştirakçıya isə "Elektron Hökumət" portalına giriş verilmişdir.