Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Tayvan Hökuməti məlumatlarının 78%-ni açıq edib

2351
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Açıq Hökumət Məlumatları üzrə aparılan Gloabal Open Data Index-i bütün ölkələr tərəfindən açıq edilmiş informasiya sistemlərinin hazırki vəziyyəti barədə məlumatları bir yerdə (http://index.okfn.org/) toplayaraq dünya cəmiyyətinə təqdim edir.

Bu il hökumət məlumatlarının açıq edilməsi üzrə Gloabal Open Data Index-ində yer alan göstəricilər ötən ilin qiymətləndirməsi ilə nisbətdə xeyli fərqlidir. Belə ki, 2014-cü ildə Open Data-Açıq Məlumatlar üzrə bu göstəricidə Birləşmiş Krallıq 97%, Danimarka 83%,  Fransa 80%,  Finlandiya 73%, Avstraliya 72% açıq elan edilərək ilk beşlikdə yer tutmuşdusa, bu il Tayvan 78% açıq olmaqla siyahıda birinci yerə yüksəlmişdir. Birləşmiş Krallıq isə 2% fərqlə siyahıda Tayvandan sonra yer alır.

Qeyd edək ki, Açıq məlumatlar - dövlət orqanlarının və yerli hakimiyyət orqanlarının fəaliyyəti haqqında insan tərəfindən dəyişiklik edilmədən təkrar istifadə məqsədilə avtomatik emalı təmin edilən, internetdə şəbəkə formatında yerləşdirilmiş məlumatlardır. “Açıq Elektron Hökumət” yalnız metodoloji nöqteyi-nəzərdən deyil, eyni zamanda istifadəçilərin tələblərinə uyğun olaraq, dəqiq strukturlar əsasında təqdim edilir. Bu struktur özündə açıq məlumatlar, paylaşma, ünsiyyət və əməkdaşlıq prinsiplərini əks etdirir.

 

Azərbaycanda bu sahə yeni inkişaf edir və bu ilin yanvar ayında istifadəyə verilmiş Açıq Hökumət Məlumatları portalında (www.data.e-gov.az) hazırda bir sıra dövlət qurumları tərəfindən 25 növ məlumat bazaları açıq edilmişdir və bu məlumatlar əsasında artıq bir sıra veb və mobil proqramlar hazırlanmışdır. “Elektron hökumət” portalının operatoru olaraq tərəfimizdən portaldakı açıq məlumatların sayının və çeşidinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır.