Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Banklar “Elektron hökumət” portalı üzərindən öz xidmətlərini təklif edirlər

3438
Mətni çap edin Mətni kopyala t1 t0 t2

 

Artıq dövlət qurumları ilə yanaşı Banklar da öz xidmətlərini portala interqasiya edirlər... 

“Elektron hökumət” quruculuğu üzrə ilin sosial əhəmiyyətli uğuru olan - Hökumət Ödəniş Portalının “Elektron hökumət” portalına inteqrasiyasından sonra portal bu sahədə daha bir yeniliyə təşəbbüs göstərdi. Belə ki, istifadəçilərin çox saylı müraciətləri nəzərə alınaraq portalda “Bank xidmətlər”i bölməsi yaradılıb. Bununla da, dövlət qurumları ilə yanaşı Banklar da öz xidmətlərini portala interqasiya etmiş oldular.

Bu bölməyə ilkin olaraq “Bank of Baku” tərəfindən təqdim olunan “Debet kartlarının sifarişi” elektron xidməti əlavə edilmişdir. Əvvəllər nəğd hesablaşmaya üstünlük verən vətəndaşlar artıq ölkədə təşəkkül tapmaqda olan rəqəmsal mühitin tələblərini qarşılamaq, rahat və təhlükəsiz ödəniş etmək üçün elektron ödənişlərə və debet kartlardan istifadəyə üstünlük verir. Bankomat və ya POS-terminallar vasitəsilə nəğd vəsaitlərin alınması üçün istifadə edilən bu texniki vəsait elektron ticarətin mühüm elementidir.

Portal üzərindən bu gün açıq edilmiş “Debet kartlarının sifarişi” elektron xidməti vasitəsilə vətəndaşlar Bolkart Debet Gənc, Bolkart Debet Ailə, Bolkart Debet Gold, Bolkart Debet Diamond, Visa Gold, Visa Classic, MC Gold, MC Standard, Maestro kartlarının  sifarişini həyata keçirə bilərlər. Xidmətin portal üzərindən həm qeydiyyatsız, həm də qeydiyyatlı istifadəsi mümkündür. Qeydiyyatsız istifadə zamanı vətəndaşdan şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Qeydiyyatlı istifadədə isə vətəndaş portal tərəfindən tanındığına görə buna gərək yoxdur. Xidmətin istifadəsi zamanı açılan formada kart haqqında məlumatları seçimə uyğun işarələdikdən sonra sifarişçinin şəxsi məlumatları avtomatik olaraq sistem tərəfindən ekrana çıxarılır. Prosesin sonunda əlaqə nömrələri daxil olunaraq, kartın təhvil alınacağı ofis qeyd olunur. 4 mərhələdən ibarət olan bu elektron sifariş zamanı hər dəfə davam et düyməsi seçilməklə sistem növbəti mərhələyə keçid edir və yekun olaraq göndər düyməsi ilə sifariş əlaqəli banka yönləndirilir.

Qeyd edək ki, tezliklə digər Bankların da öz xidmətlərini portalam inteqrasiya edəcəkləri gözlənilir.

Distant bank xidmətlərinin portalda toplanılması istifadəçinin xidmət axtarışı qayğısını aradan qaldırmaqla yanaşı, bank əməliyyatlarının elektron təşkilini təmin edəcək. Vətəndaş inandığı elektron xidmət məkanından istifadə etməklə bank işlərini həll edərkən, bank da ənənəvi formada edilən müraciətlərə ayırdığı zaman və işçi qüvvəsinə qənaət etmiş olacaq.