Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Əlillik müayinəsinin nəticəsi barədə məlumat almaq üçün müvafiq e-xidmətdən istifadə sadələşdirilib

151494
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin “Elektron Hökumət” Portalına yeni inteqrasiya etdiyi xidmətdən istifadə sadələşdirildi.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” adlanan elektron xidməti vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarında keçirilmiş əlillik müayinəsinin nəticəsini heç bir qeydiyyat vasitəsinə ehtiyac olmadan, daha rahat və asan formada əldə etmək mümkündür.

Ötən ay “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə verilən bu e-xidmət istifadəçiyə aparılmış müayinənin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi (əgər əlillik müddətsiz təyin edilibsə o zaman onun müddətsiz olması) barədə məlumat verməyə xidmət edir.

Bunun üçün aşağdakı sadə qaydalara əməl etmək lazımdır.

1. “Elektron hökumət” portalına daxil olmaq (www.e-gov.az );

2. Bütün xidmətlər bölməsində (https://www.e-gov.az/az/services ) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert     Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətini seçmək (https://www.e-gov.az/az/services/read/3493);

3. Müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və doğum tarixlərini qeyd etmək.