Hal-hazırda 41 dövlət qurumuna aid 357 elektron xidmət “Elektron Hökümət” portalı üzərindən vətəndaşların xidmətindədir. Elektron xidmətlərdən yararlananların sayı hər ay artmaqdadır və bu sahədə keçirilən təşviqedici və maarifləndirici tədbirlərin rolu danılmazdır. Çox təqdirəlayiq haldır ki, vətəndaşların elektron xidmətlərdən istifadəsinin artması məsələsi artıq bir çox dövlət qurumunun maraq dairəsindədir. Bir çox dövlət qurumları bir tərəfdən elektron xidmətlərin keyfiyyəti üzərində işləyərkən, digər tərəfdən bu sahədə əhalini maarifləndirməklə məşğuldur.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən iyulun 14-ü Yevlaxda keçirilmiş “Açıq Qapı” günü-vətəndaş forumunda elektron xidmətlərin əhalinin gündəlik həyatındakı əvəz edilməz rolundan danışılmış, nazirlik tərəfindən “Elektron Hökümət” portalı üzərindən əhalinin xidmətinə verilən “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması” xidmətlərin istifadə qaydası tədbir iştirakçılarına izah edilmişdir. Bundan əlavə, işəgötürənlərin gücləndirilmiş e-imza sertifikatlarının necə əldə olunması, yeni sistemdə məlumatların təhlükəsizliyinin təmin olunması və s. məsələlərlə əlaqədar sualları cavablandırılmışdır. Belə “Açıq Qapı” günü-vətəndaş forumu nazirlik tərəfindən, avqustun 4-ü Şəkidə də keçirilmişdir. Forumda Şəki daxil olmaqla, Zaqata, Balakən, Qax, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının işəgötürənləri iştirak etmişdir. Forumda əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza ilə "Elektron hökümət" portalı üzərindən Elektron İnformasiya Sisteminə daxil edilməsi proseduru əyani şəkildə nümayiş etdirilmişdir. İşəgötürənlərə aidiyyatı üzrə praktik bilgilər aşılanaraq, onların ayrı-ayrı sualları cavablandırılıb, həmçinin gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması barədə onlara məlumat verilib.
Sürətlə inkişaf edən Lənkəran şəhərində də, avqustun 6-da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruriliyi mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə əhalinin sosial rifahının yüksəldilməsi, vətəndaş hüquqlarının qorunması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində aparılan işlərdən danışılmış, “Elektron Hökümət” portalının bu sahədə rolu qeyd edilmiş, gələcək işlər üçün tədbirlər müzakirə edilmişdir.
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın əhalinin elektron xidmətlərdən səmərəli istifadəsinin artması istiqamətində apardığı xidmətlərin keyfiyyəti və çeşidi üzərində məqsədyönlü işi və maarifləndirici tədbirlər də diqqət mərkəzindədir. Belə ki, avqustun 8-də Şuranın növbəti iclasında elektron xidmətlərdən istifadə və populyarlıq səviyyəsinin yüksəldilməsi, elektron xidmətlərdən istifadə sahəsində vətəndaşların rahatlığı və məmnunluğunun yaradılması ilə bağlı təkliflər müzakirə edilmişdir. Bu təkliflər Elektron xidmətlərin Təşviqi üzrə İctimai Şura və Multimedia Mərkəzinin birgə əməkdaşlığı ilə ümumiləşdirilərək və 08.08.2014-cü il tarixdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilmişdir.
Elektron xidmətlərin təşviqi sahəsində görülən işlər, keçirilmiş tədbirlər cari ilin iyul ayı ərzində “Elektron Hökümət” portalı üzərindən təqdim olunmuş xidmətlərin istifadəsinə əsaslı təsir edərək, təqdim edilən xidmətlərin aidiyyatı orqanlar üzrə istifadəsini aşağıdakı kimi dəyişmişdir:
İyul ayınının statistik məlumatlarına istinadən ən çox müraciət olunan 10 dövlət qurumu və müraciətlərin sayı: |
||
1. |
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası |
962480 |
2. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
108397 |
3. |
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
73386 |
4. |
Dövlət Sosial Müdafiə Fondu |
37841 |
5. |
Əmlak Məsələləri Dövlət Komitəsi |
9432 |
6. |
Daxili İşlər Nazirliyi |
1553 |
7. |
"AzərEnerji" ASC |
868 |
8. |
Elektron Hökumət Portalı |
808 |
9. |
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
689 |
10. |
“AzərSu” ASC |
587 |
“Elektron Hökümət”in inkişaf etdirilməsi üçün bir çox dünya ölkələrində əsaslı tədbirlər görülür, belə ki bu sistem köhnə bürokratik cəmiyyətin sıxıb məhdudlaşdırdığı imkanları əhaliyə rəqəmsal, şəffaf şəkildə təqdim etmək, əhalinin sosial rifahının yüksəldilməsi və iqtisadiyyatın inkişafı üçün yeganə effektiv vasitədir. Əminliklə deyə bilərik ki, bu sahənin Azərbaycan Respublikasında yenicə tədbiqinə baxmayaraq, məqsədə çatmaq istiqamətində xeyli yol qət edilib. Aparılan islahatlar, görülən işlər və bu sahəyə qoyulan əmək öz bəhrəsini verir və gələcəkdə də verəcəkdir.