Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Ölkəmizin BMT-nin “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə mövqeyi 12 pillə yüksəldi

4705
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının (BMT) ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi “E-Government Survey 2016” adlı hesabatında əvvəlki mövqeyini 12 pillə artıraraq 68-ci yerdən 56-cı yerə yüksəlib.

Hesabatın builki nəşrində “Elektron Hökumətin İnkişaf İndeksi”“Elektron-İştirak İndeksi”  üzrə BMT-nin 193 üzv ölkəsinin reytinqi müəyyənləşdirilib. 

Hesabatda “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə ölkələr ümumilikdə topladığı xala görə 4 qrup üzrə təsnifləşdirilib (çox yüksək, yüksək, orta, zəif).

Qeyd edək ki, “Elektron Hökumət İnkişaf İndeksi” (EGDI) üzrə Azərbaycan əvvəlki hesabatdakı kimi “Yüksək” EGDI  ölkələr qrupuna daxil edilib.

•    EGDI qrupunda dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Qeyd edək ki, əvvəlki hesabatda liderlik edən Koreya hazırki hesabatda 3-cü yerdə mövqe tutub. “Elektron Hökumət İnkişaf İndeksi” üzrə 2-ci yerin sahibi Avstraliya olub.

•    Qeyd edək ki, reytinq cədvəlində xeyli irəliləyən ölkəmiz MDB regionunda əvvəlki hesabatdakı 7-ci mövqeyindən 4-cü mövqeyə yüksəlib. 

•    EGDI indeksinə görə MDB ölkələrinin müqayisəsi:

Məlumat üçün bildirək ki, “Elektron Hökumət İnkişaf İndeksi”nin hesablanması zamanı 3 komponent əsas götürülür:

    Online xidmət sub-indeksi, 
    Telekommunikasiya İnrfastrukturu sub-indeksi, 
    İnsan Kapitalı sub-indeksi.

•    BMT-nin sözügedən hesabatında göstərilən ikinci əsas indeksi “Elektron-İştirak İndeksi”dir (E-Participation). Azərbaycan bu göstəriciyə görə dünya ölkələri arasında 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib.

•    Azərbaycan həm də bu göstərici üzrə MDB ölkələri arasında əvvəlki 7-ci yerindən 2-ci yerə yüksəlmiş olub. 

•    Həmçinin məcmuədə “Elektron-İştirak İndeksi” üzrə ən yaxşı performans göstərən top 50 ölkə arasında Azərbaycanın adı qeyd edilib. Bu indeks üzrə meyarlar e-informasiya, e-məsləhət, e-qərarvermə alt göstəricilər əsasında hesablanır.

•    “Elektron-İştirak İndeksi”nin sub-göstəriciləri üzrə Azərbaycanın mövqeyi  aşağıdakı kimidir.

Qeyd edək ki, hesabatın müvafiq qiymətləndirməsində “Elektron-İştirak İndeksi” üzrə dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Digər 2-ci yer iki ölkə - Yaponiya və Avstraliya arasında bölüşür. Əvvəlki hesabatda birinci olan Koreya isə bu dəfə 4-cü yerdə qərarlaşıb.

Hesabatla daha ətraflı buradan tanış ola bilərsiniz.