Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Birləşmiş Krallığın www.gov.uk elektron xidmətlər portalında yeni – “Dövlət əmlakının axtarışı” sistemi istifadəyə verildi

2188
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Böyük Britaniyada dövlət əmlakı və torpaq sahələri barədə məlumatlar əks olunan yeni servis istifadəyə verilmişdir. Bu servis vasitəsilə təcili yardım stansiyalarından istifadə olunmayan hava limanlarınadək sıyahıya alınmış bütün dövlət əmlakının axtarışı mümkündür.

Avqustun 20-i istifadəyə verilmiş “Dövlət əmlakının axtarışı” sistemi hökumətin idarəçilikdə şəffaflığın artırılması, idarəetmə xərclərinin azaldılması, yenilənmə və tərəqqi istiqamətindəki hədəflərini dəstəkləyir. Mövcud qanunvericiliyə əsasən, vətəndaşlar dövlət ərazilərinin və ya əmlakının iqtisadi baxımdan daha səmərəli istifadə oluna biləcəyi, yaxud onların dövlətə lazım olmadığı iddiası ilə müraciət ünvanlayaraq, satılmasını tələb edə bilərlər. Əgər hökumət qeyri-səmərəli istifadə edildiyi iddia edilən dövlət əmlakının əslində səmərəli istifadə edildiyini sübut edə bilməzsə, bu zaman həmin əmlakın cari istifadəsi ləğv ediləcək və daha səmərəli istifadəyə veriləcək. Dauninq küçəsi və Xəzinədarlıq Binası kimi tarixi abidələr satılmayacaq. Lakin bu onlayn sistem bir çox dövlət əmlakının daha səmərəli istifadəsinə şərait yaradacaq və dövlət büdcəsinə qənaət edəcəkdir.

İlkin olaraq, yalnız istifadə edilməyən, yarasız dövlət əmlakına iddia hüququ verilmişdisə, artıq istifadə edilməyən, eləcə də istifadədə olan mərkəzi dövlət əmlakının perspektivli istifadəsi də daxil edildi.

Hər bir vətəndaş müvafiq qısa formanı dolduraraq, iddia etdiyi dövlət əmlakının detallarını göstərərək, hökumətin onları hansı səbəblərə görə azad etməli olduğunu bildirə bilər.