Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı təqdim olunub

3319
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Bu gün “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalının təqdimatı keçirilib. Təqdimat mərasimində Kənd Təsərrüfatı Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nümayəndələri iştirak edib. 
Məlumat Hesablama Mərkəzinin texniki dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılan portalın əsas məqsədi ölkə ərazisində məhsul istehsalının stimullaşdırılmasıdır. 
Tədbirdə bildirilib ki, portal vasitəsilə ərzaq məhsullarının tədarükü və təchizatı prosesi xeyli asan olacaq, şəffaflıq təmin ediləcək. 
Yeni yaradılan portalın “Elektron hökumət” portalına inteqrasiyası məsələsi də müzakirə olunub. 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin məqsədi regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməkdir.
Tədbir çərçivəsində danışıqlar zamanı qurum nümayəndələri birgə layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar aparıb. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti üçün elektron imzanın qurumdaxili istifadəsi, həmçinin, sənədlərin avtomatlaşdırılmış rejimdə imzalanması sisteminin  tətbiqi məsələsi müzakirə olunub.