Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“Elektron-imza” ilə elektron qaimə əldə etmək daha da sadələşdi

10778
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.

Bunun üçün, vergi ödəyicisi Onlayn rejimdə Vergilər Nazirliyinin saytından www.e-taxes.gov.az “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olmalıdır. Daha sonra, zəruri məlumatları daxil edərək onlayn rejimdə elektron qaimə-fakturası tərtib edilib digər tərəfə təqdim edilir.

Eyni zamanda, vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatı vasitəsi ilə Oflayn rejimdə də qaimə-fakturası tərtib edərək göndərə bilər:

Bunun üçün, “Elektron Faktura Tərtibatı Proqramını” – eFP 1.1.3 versiyanı və digər zəruri proqramları www.e-taxes.gov.az saytından kompüterə yükləmək lazımdır. Beləliklə, vergi ödəyicisi tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını “E-imzalayıcı” və ya "Asan DOC" client proqramı vasitəsilə imzalayır. Həmin proqramları www.e-imza.azwww.asanimza.az saytlarından yükləmək olar.

Sonda, gücləndirilmiş elektron imza vasitələrindən birini, “Elektron imza” və ya “Asan İmza” ilə Vergilər Nazirliyinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olur və imzalanmış “edoc” və ya “adoc” tipli faylı “Paket göndər” düyməsi vasitəsilə sistemə yükləyir.

Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya/nömrələr verilir və qarşı tərəfin elektron poçtuna göndərilir.

Eyni zamanda, qarşı tərəf “Elektron imza” və ya “Asan imza” vasitəsilə göndərilmiş elektron qaimə-fakturanı bir neçə saniyədə təsdiqləyə bilir.

İSTİFADƏÇİ TƏLİMATI

LAZIMLI PROQRAMLAR