Məlumat Hesablama Mərkəzi və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə "Elektron hökumət" quruculuğu üzrə növbəti seminar 6 iyul tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələrinin əməkdaşları üçün keçirilib.
Seminarda “AzInTelecom” MMC, Dövlət Radiotezliklər İdarəsi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin əməkdaşları iştirak ediblər.
Təlimdə Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Ruslan Mürsəlov "Elektron hökumət" portalı, "Elektron imza", eləcə də portal üzrə təqdim olunan 452 elektron xidmət və bu xidmətlərin üstünlükləri barədə ümumi məlumat verib. O, portal üzrə əhali tərəfindən ən çox müraciət olunan xidmətlərlə əyani şəkildə iştirakçıları tanış edib.
Qeyd edək ki, vətəndaşları, idarə və müəssisələrin əməkdaşlarını elektron xidmətlər barədə məlumatlandırmaq üçün mütəmadi olaraq seminar təşkil olunur.