Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

MHM-in nümayəndə heyəti İstanbulda keçirilmiş “CeBİT– 2014” sərgisindən qayıtmışdır

2131
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Cari ilin 11-14 sentyabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş “CeBİT – 2014”(Bilgi və Rabitə Texnologiyaları, Telekommunikasiya, Proqramlaşdırma, Peyk Rabitəsi, Yayım, Kabel, Televiziya və Xəbərləşmə Sektoru üzrə BeynəlxalqSərgi və Konfrans) adlı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində RYTN MHM-in əməkdaşları da iştirak etmişdir.

Dörd gün davam edən sərgidə MHM-in nümayəndə heyəti “Elektron hökumət” layihəsini təmsil etmiş, e-imzanı tanıtmışdır. “E-hökumət” ziyarətçilərin, xüsusən də xarici dövlətlərin struktur bölmələrində çalışanların böyük marağına səbəb olmuşdur. Nümayəndə heyətimiz ziyarətçilərə Azərbaycanda həyata keçirilən “E-hökumət” layihəsi barədə ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.

Sərginin ilk günündə “CeBİT – 2014” tədbirində iştirak edən ölkələrin müvafiq dövlət qurumlarının rəhbərləri və yüksək vəzifəli şəxsləri sərgi ilə tanış olmuş, Azərbaycana aid stendin qarşısında xatirə şəkli çəkdirmişlər.

Bununla yanaşı, sərgidə iştirak edən xarici ölkələrin “E-hökumət” təmsilçiləri ilə də görüşlər keçirilmiş, geniş fikir mübadiləsi aparılmış, hər iki dövlətin e-hökumətində mövcud olan müsbət xüsusiyyətlər və çatışmazlıqların aradan qaldırılması, eləcə də yeniliklərin tətbiqi imkanları müzakirə edilmişdir.