Elektron xidmətlərə yaranan tələbatı nəzərə alaraq vaxtaşırı təlimlər keçirilir, mövcud elektron xidmətlər və onlardan istifadə barədə vətəndaşlara məlumatlar verilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Gənclər və E-Hökumət” adlı təlim təşkil olunub. Təlimdə Milli Şuranın səlahiyyətli nümayəndələri və gənclər iştirak ediblər.
Təlim zamanı “Elektron hökumət” portalı, “Elektron imza”nın praktiki tətbiqi və e-imza ilə biznes proseslərinin səmərəliliyinin artırılması qaydaları, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların, əmək bildirişlərinin qeydiyyata alınması xidmətləri barədə ətraflı məlumat verilib.
Seminar daha sonra, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarından ibarət qrup üçün davam edib.