Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 11 sentyabr 2014-cü il tarixli Fərmana əsasən yaradılacaq Elektron Reyestrdə dövlət qurumları göstərdikləri bütün xidmətləri açıqlayacaqlar

2730
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 sentyabr 2014-cü il tarixli Fərmanı ilə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədi ilə dövlət orqanları tərəfindən həyata keçirilən bütün xidmətlərin Elektron Reyestri yaradılacaq.

Beləliklə, dövlət qurumlarının hazırda göstərdikləri elektron xidmətlərlə yanaşı, həm də klassik üsulla göstərilən və hələ də elektronlaşdırılmamış xidmətlərin də reyestri formalaşdırılmış olacaq. Bu da, öz növbəsində, dövlət orqanlarının öz xidmətlərini elektronlaşdırmaq marağını artıracaq və yəqin ki, onların qarşısında konkret tələblər qoyulacaq. Çünki reyestrin formalaşdırılmasından sonra mütəmadi olaraq aparılacaq monitorinqlər və müqayisələr dövlət qurumlarının göstərdiyi xidmətlərdən hansılarının elektronlaşdırıldığını, hansılarının isə elektronlaşdırılmasının prioritet olduğunu müəyyənləşdirəcəkdir.

Məlum olduğu kimi bu gün ölkəmizdə "Elektron hökumət” yeni inkişaf mərhəsinə qədəm qoyub və elektronlaşdırılan hər bir xidmət ölkə əhalisinin rifahına və firavanlığına xidmət edir.