Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Gənclər üçün növbəti “Elektron hökumət” təlimləri keçirilir

4648
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər  təşkilatlarının rəhbər və nümayəndələri üçün “Elektron hökumət” təlimi keçirilir.

4 günlük təlimlərin ilk sessiyası noyabr ayının 21-də baş tutub.  Elektron hökumət,  elektron xidmətlər, elektron sənəd və imza barədə olan birinci sessiyada vahid virtual xidmət məkanı olan “Elektron hökumət” portalı və portal üzrə təqdim olunan xidmətlər barədə məlumat verilib. Elektron imzanın elektron sənəd mübadiləsindəki rolu barədə danışılıb. Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin yekununda iştirakçıların sualları əsasında müzakirələr keçirilib.

Təlimin növbəti günlərində,

- Vergilər sahəsi üzrə elektron xidmətlər;

- Rəsmi statistik məlumatların təqdim edilməsi üzrə elektron xidmətlər;

- Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə elektron xidmətlər barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Gəncə, Qəbələ, Şəki, Lənkəran, Göyçay, Naxçıvan, Bərdə filiallarında toplaşan gənclər təşkilatlarının üzvləri də təlimi canlı yayınla izləmək imkanına sahib olublar.