Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

“İnformasiya cəmiyyətinin təməli: Gənclər və Elektron Hökumət” layihəsi davam edir

4798
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının birgə təşkilatçılığı ilə “İnformasiya Cəmiyyətinin Təməli: Gənclər və Elektron Hökumət” layihəsi davam etdirilir.

Layihə çərçivəsində növbəti təlimlərə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin dəstəyi ilə 15 yanvardan etibarən start veriləcək. İlk təlim Elektron Hökumət Təlim-Tədris Mərkəzində  yanvarın 15-i saat 11:00-da baş tutacaq. Təlimlər ölkənin 4 regionunu (Mingəçevir, Qazax, Göyçay və Şəki) əhatə edəcəkdir. Təlimlərin keçirilməsində əsas məqsəd gənc sahibkarlar, gənclər təşkilatları və fərdi gənclərin ən çox istifadə etdiyi elektron xidmətlər üzrə biliklərinin artırılmasıdır.

Təlimlər  3 gündən ibarət olub 6 mövzunu əhatə edəcək:

  • - www.e-gov.az portalı haqqında giriş;
  • - E-imza istifadəsinin texniki və hüquqi aspektləri;
  • - Məcburi dövlət sosial sığortası hesabatların təqdim edilməsi e-xidməti;
  • - Vergilər sahəsi üzrə e-xidmətlər;
  • - Statistika üzrə e-xidmətlər;
  • - Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər.

Təlimdə Bakı ilə yanaşı, regionlar üzrə gənc sahibkarlar da iştirak edəcək.

Bütün təlimlərdə iştirak edən şəxslərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən gənclər bu LİNK vasitəsilə qeydiyyatdan keçə bilərlər:

Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:

info@e-training.az

(+994 12) 505 01 13;
(+994 77) 505 01 13