Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azərbaycanda "Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və video süjet müsabiqəsi elan edir.
"Mənim Elektron Hökumətim" adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulmuşmüsabiqənin elan edilməsi üçün BMM-də təqdimat keçiriləcək. Təqdimatda Rabitə və Yüksək Texnologiyalar nazirliyinin səlahiyyətli nümayəndələri, jurnalistlər, ictimai xadimlər iştirak edəcək.
Müsabiqənin məqsədi və vəzifələri:
- Dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətləri geniş kütləyə çatdırmaq;
- Elektron Hökumət Portalının (e-gov.az) populyarlığını artırmaq;
- Yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq;
- Portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmamazlıqları araşdırmaq;
Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:
- Elektron Hökumət nədir?
- Elektron Hökumət portalına nə üçün ehtiyacımız var?
- Ölkənizdə Elektron Hökumət necə fəaliyyət göstərir?
- Elektron Hökumətin cəmiyyətimiz üçün faydaları
Müsabiqənin tələbləri və mükafat fondu yaxın günlərdə içtimayyətə açıqlanacaq.
Müsabiqə barədə əlavə məlumatları Elektron Hökumət portalından (www.e-gov.az), eləcədə RYTN-nin Mətbuat xidmətindən əldə etmək olar.