Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

MHM tərəfindən istifadəyə verilmiş e-imza sertifikatlarının sayı 24386 ədəd olmuşdur

3194
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Rəqəmsallaşma əsrinin qabaqcıl texnologiyası olan e-imza kartlarına tələbat günbəgün artmaqdadır. "Elektron hökumət”in və elektron sənəd mübadiləsinin açarı kimi e-imza kartı təkcə sənəd imzalamaq funksiyasını yerinə yetirmir. Həmçinin, bir çox proqramların, elektron xidmətlərin giriş elementini təşkil edir. E-imza kartı ilə aparılmış proseslərin təhlükəsizliyinə, inkar edilməzliyinə tam zəmanət verilir. E-imza kartı şəxsin elektron imzası olmaqla yanaşı onun bir çox elektron proqramlardan istifadəsi üçün şəxsi açarı rolunu oynayır.

Ölkəmizdə bu sahədə aparılan cari işlər, xüsusən də əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi zamanı e-imza kartından istifadə onun əhəmiyyətini bir daha ictimaiyyətə çatdırır. Bununla əlaqədar, qurumlara təqdim edilən e-imza sertifikatlarının sayı xeyli artmışdır. Cari ilin sentyabr ayına olan statistikaya əsasən bu günə qədər, dövlət qurumlarına 15310 e-imza sertifikatı, fiziki şəxslərə 5493 e-imza sertifikatı, hüquqi şəxlərə isə 3583 e-imza sertifikatı hazırlanıb təhvil verilmişdir. Ümumilikdə, 24386 e-imza sertifikatı təhvil verilmişdir və sentyabr ayı ərzində verilən sertifikatların sayı keçən ay ilə müqayisədə təxminən 1600 ədəd çoxdur.

Qeyd edirik ki, paytaxtdan kənar regionlarda da e-imza kartından istifadə xeyli artmışdır. Ayrı-ayrı dövlət qurumları tərəfindən təşkil olunmuş maarifləndirici seminarların bu sahədə müsbət rolu danılmazdır. Bu seminarların başlıca məqsədi vətəndaşlara elektron xidmətlər eləcə də, elektron imza kartı barədə məlumat vermək və onlara istifadə bacarığını aşılamaqdır.