27 dekabr 2018-ci il tarixində “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin inzibati binasında www.digital.gov.az portalının təqdimat mərasimi keçirilib.
Tədbir zamanı media nümayəndələrinə Azərbaycanda yeni elektron hökumət modelinə keçid və rəqəmsal hökumətə keçid proseslərinin sürətləndirilməsi istiqamətində atılmış addımlar barəsində geniş məlumat verilib.
Təqdim olunan portalda Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilən Elektron Hökumət Portalı, ASAN Viza, ASAN Ödəniş, ASAN Finans və ASAN Wifi layihələri barədə geniş informasiya ilə yanaşı elektron hökumət xidmətləri sahəsində baş verən ən son yeniliklər ilə bağlı məlumatlar da yer almaqdadır.