Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəyi nəzərə alınmaqla həyata keçiriləcək.

3717
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş və yanvarın 25-də qüvvəyə minmiş normativ hüquqi akta əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər (bundan sonra – dövlət qurumları) tərəfindən təqdim olunan elektron xidmətlər texniki və səmərəliliyi baxımından Dövlət Agentliyinin müsbət rəyi nəzərə alınmaqla həyata keçiriləcək.

Aktda qeyd olunur ki, elektron xidmətlər Dövlət Agentliyindən müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, qeydiyyata alındıqdan və elektron xidmətlər reyestrinə daxil edildikdən, habelə Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunduqdan sonra göstərilə bilər.

Dövlət qurumları tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi Dövlət Xidmətlərinin Elektron Reyestrində hər bir xidmət üzrə müəyyən edilmiş reqlamentə uyğun olaraq həyata keçiriləcəkdir. Reqlamentləri Dövlət Xidmətlərinin Elektron Reyestri vasitəsilə müəyyən olunmayan elektron xidmətlərin göstərilməsinə yol verilmir.

Elektron xidmətlərin göstərilməsi üçün identikləşdirmə tələb olunur. İdentikləşdirmə elektron imza və ya müvafiq normativ hüquqi aktlar ilə müəyyən edilmiş digər elektron eyniləşdirmə vasitələri əsasında aparılacaq.

Mənbə : www.huquqiaktlar.gov.az