Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək

8310
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Elektron Hökumətin İnkişafı Mərkəzinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə sahibkarlar üçün avqustun 6-da, saat 11.00-da dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək.

Dövlət satınalmalarını təşkil edən və həyata keçirən aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə keçiriləcək tədbirdə KOB-lar satınalma prosedurlarına qoşulma, bu istiqamətdə həyata keçirilən islahatlar, tender müsabiqələri ilə bağlı tətbiq edilən yeniliklər, qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalar barəsində məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

 

Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 636405571):

- Kompüter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/636405571  linkinə daxil olmaqla;

- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Agentliyin ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarların tədbirə qoşulması üçün dəstək göstəriləcəkdir. Onlayn maarifləndirmə tədbiri ilə bağlı əlaqələndirici şəxs: Adil Əhmədov (055 525 30 30).

Mənbə: http://smb.gov.az/news/dovlt-satinalmalarinda-istirakla-bagli-onlayn-maariflndirm-tdbiri-kecirilck