Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir

2607
Mətni çap edin Mətni kopyala t1 t0 t2

 "Mənim Elektron Hökumətim"  adı altında “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla  2 (iki) nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin elan edilməsi üçün 3 oktyabr  11:00-da BMM-də mətbuat konfransı keçiriləcəkdir. Təqdimatda Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, MHM-nin direktoru Nail Mərdanov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov və digər mütəxəsislər iştirak edəcəkdir.

    Təqdimat mərasimində Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Elektron hökumət: inkişaf perspektivləri” mövzusunda çıxış edəcəkdir.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə   etmə səviyyəsi;

- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

- İfadə vasitələrinin zənginliyi;

- Oxucu üçün informasiyalılıq dərəcəsi;

- Qabaqcıl dünya təcrübəsi ilə müqayisə;

 Müsabiqənin  tələbləri:

1.Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və elektron hökumətlə maraqlanan 18 yaşından yuxarı şəxslər iştirak edə bilər.

2. Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə  www.e-gov.az portalında qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2014-cü il noyabrın  10- dək aparılacaq.

3.Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet  təqdim edə bilər.

4.Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında dərc edilməlidir.

5. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir  KİV-də  nümayiş olunmamalıdır.

6. Video 1 - 5 dəqiqəlik olmalıdır.

7.Məqalə 8000 -14000 simvol həcmində olmalıdır.  

8.  Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;  

9. Hər bir məqalə və süjet də  “Elektron hökumət” portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir.

10. Qiymətləndirmə zamanı iştirakçının  “Elektron hökumət” portalından istifadə fəallığını, bu sahədə mövcud olan materiallara, xarici mənbələrə istinadları nəzərə alınacaqdır.

9. Müsabiqə üçün yazılmış məqalələr və video süjetlər bu ünvana göndərilməlidir - musabiqa@rabita.az.

 Müsabiqə hansı mərhələlərdən ibarətdir?

Müsabiqə  “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla  2 (iki) nominasiya üzrə  oktyabrın 3-dən, noyabrın 10-u tarixinə qədər keçiriləcək.  İştirakçılar məqaləsini müəyyən qəzet, jurnal və ya elektron KİV-də dərc etdirməli, məqalə və süjetin  internet ünvanını Təşkilat Komitəsinə (musabiqa@rabita.az.) göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır. Yazı və videolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri “Elektron hökumət” portalında dərc olunacaq.                                                                                                                                                                                                                                                                                                                                                                              

Müsabiqənin mükafat fondu:

 “Ən yaxşı məqalə” üzrə                              “Ən yaxşı video material” üzrə

  1-ci   yer  - 2500 manat                                1-ci   yer  - 2500 manat                

 2-ci  yer -  1500 manat                                  2-ci  yer -  1500 manat

 3;4;5 yer – noutbuk                                      3;4;5 yer - noutbuk                                                                                                                                   

Bundan başqa müsabiqədə iştirak edən  hər bir iştirakçıya  pulsuz e-imza vəsiqəsi və kart oxuyucu təqdim ediləcək.

Müsabiqə barədə daha geniş məlumatları Elektron hökumət portalından (www.e-gov.az), eləcədə RYTN-nin Mətbuat xidmətindən əldə etmək olar. Əlaqə telefonları: 157, (012) 5984271. Faks: (012) 565 14 52.