Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Dövlət Agentliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri arasında görüş keçirilib

6079
Mətni çap edin Mətni kopyala t1 t0 t2

30 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi ilə görüş keçirilib.

Görüşdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, KOICA Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok və digər əməkdaşlar iştirak ediblər.

Görüş zamanı Dövlət Agentliyi ilə KOICA beynəlxalq əməkdaşlıq təşkilatı arasında uğurlu əməkdaşlıq, e-hökumət və digər sahələrdə əlaqələrin persperktivləri müzakirə olunub. Bununla yanaşı qonaqlara Dövlət Agentliyi tərəfindən elektron hökumət sahəsində görülən işlərlə bağlı təqdimat edilib.

Qonaq ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsallaşma ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Qonaq “Rəqəmsal Hökumət” təşviqat proqramının könüllüləri ilə də görüşüb.

Həmçinin “CIAT Paylaşımdır” (Capacity Improvement and Advancement for Tomorrow) müsabiqəsində KOICA proqramı məzunu Şənay Qulusoy tərəfindən Elektron Hökumətin İnkişafı Mərkəzi adından müsabiqəyə qatılan və qalib seçilən “Rəqəmsal Hökumət” təşviqat proqramı layihəsinə qrant təqdimatı ilə bağlı məlumat verilib. Bildirib ki, bu proqram, KOICA məzunlarının Koreyada təşkil olunmuş KOICA Təlim proqramları zamanı əldə etdikləri bilik və təcrübənin Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə vermələrində dəstək olmaq məqsədi daşıyır. Proqram məzunlara öz fəaliyyət planlarını həyata keçirməkdə maliyyə dəstəyi əldə edə bilmək üçün yeni imkanlar yaradır.