Elektron Hökumətin İnkişafı Mərkəzi, “ASAN Könüllülük” Məktəbinin birgə təşəbüsü və KOICA beynəlxalq əməkdaşlıq təşkilatının dəstəyi ilə reallaşdırılan "Rəqəmsal Hökumət” təşviqat proqramı könüllüləri, Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşları elektron xidmətlər haqqında məlumatlandırmağa davam edirlər.
Sorğular əsasında vətəndaşlar ölkəmizdə göstərilən elektron xidmətlərin keyfiyyətinə münasibət bildirir, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdıqları çətinlikləri qeyd edirlər. KOICA beynəlxalq əməkdaşlıq təşkilatının dəstəyi ilə layihəyə təqdim olunmuş planşetlər vasitəsi ilə proqramın fəaliyyəti daha effektiv həyata keçirilir.
“Təcili rəqəmsal yardım” devizi altında vətəndaşlara yaxınlaşan könüllülər, elektron dövlət xidmətləri, elektron ödənişlər haqqında məlumat verir və xidmətlərdən istifadə ilə bağlı onlara dəstək olurlar.