Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Dövlət Agentliyinin nümayəndə heyəti Çexiyada səfərdə olub

6098
Mətni çap edin Mətni kopyala t1 t0 t2

2019-cu il 12-15 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Çexiyanın paytaxtı Praqa şəhərinə səfər edib.

Dövlət Agentliyinin nümayəndə heyəti Praqa şəhərində təşkil olunan Avropa İttifaqın “Yaxşı idarəçilik və institutların gücləndirilməsi” Platforması üzrə “Regional və yerli idarəetmə vasitəsi kimi E-idarəetmə” mövzusunda seminarda iştirak etmişdir. Tədbir Çexiyanın Xarici İşlər Nazirliyi və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının dəstəyi ilə təşkil olunmuşdur.

Seminar, dövlət orqanlarının inkişafında qabaqcıl idarəetmə, regional və yerli idarəetmədə rəqəmsal texnologiyaların tətbiqi, rəqəmsal iqtisadiyyat vasitəsilə dayanıqlı iqtisadi artımın əldə olunması üçün rəqəmsal texnologiyalaların istifadəsi kimi mövzulara həsr olunmuşdur.

Tədbirdə Şərq Tərəfdaşlığı üzv ölkələri, o cümlədən Çexiya və Estoniyanın dövlət qurumlarından nümayəndələr iştirak edirdilər. İştirakçılar öz ölkələrinin idarəetmə və e-hökumət sahəsində təcrübəsi haqqında ətraflı məlumat verdilər.

Dövlət Agentliyinin nümayəndəsi Azərbaycanın dövlət xidmətləri və e-hökumət sahəsindəki təcrübəsindən, son illərdə əldə etdiyi böyük uğurlar barədə tədbir iştirakçılarına məlumat verdi, ölkəmizdə dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar, bu islahatların tərkib hisssəsi olaraq “ASAN xidmət”in fəaliyyətə başlaması, habelə e-hökumət, elektronlaşma, İKT-nin və innovativ həllərin dövlət xidmətlərinin göstərilməsi prosesində tətbiqindən bəhs etdi. Həmçinin, Dövlət Agentliyinin nümayəndə heyəti “ASAN xidmət”in beynəlxalq uğurlarından, Azərbaycanın təşəbbüsü ilə təsis olunan ASAN Beynəlxalq Assosiasiyası barədə məlumat vermişdir. Nümayəndələrimizin təqdimatı təlim iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti təlimdə iştirak edən “Şərq tərəfdaşlığı” platformasına daxil olan digər üzv ölkələrin nümayəndələri ilə gələcək əməkdalığa dair müzakirələr aparmışlar. Xarici nümayəndə heyətləri “ASAN xidmət” təcrübəsi üzrə əməkdaşlıq və ASAN Beynəlxalq Assosiasiyasına üzvlüklə bağlı maraqlarını irəli sürmüşlər.