Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində "Süni intellekt və əhəmiyyəti" mövzusunda görüş baş tutub.
Görüş “ATL Tech”in #Expertech tədbiri daxilində keçirilib. Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov və "ATL Tech" şirkətinin rəhbəri Vurğun Hacıyev süni intellekt, onun imkanları, əhəmiyyəti və gələcəyə təsirindən danışıblar.
Görüşdə süni intellekt və onun təsir sahələri, "Deep Learning" sisteminin tətbiqi, süni intellektin faydaları ilə bərabər gətirə biləcəyi təhlükələr və digər mövzular geniş müzakirə olunub. Auditoriyaya Elektron Hökumətin İnkişafı Mərkəzinin Avropa Şurasının Nazirlər Komitəsinin Süni intellekt üzrə Komitəsinin Bürosunda təmsil olunması barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.