Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Məlumat Hesablama Mərkəzi müsabiqə iştirakçıları üçün açıq müzakirə keçirir

2166
Mətni çap edin Mətni kopyala t1 t0 t2

"Elektron Hökumət” Portalının (e-gov.az) operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Mənim Elektron Hökumətim” adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə müsabiqənin şərtlərini KİV-lərin vasitəsilə elan etdi.

"Elektron Hökumət” Portalının, elektron xidmətlərin imkanlarını cəmiyyətə çatdırmaq və bununla bağlı rəy və təkliflərin öyrənilərək tətbiq edilməsi məqsədi daşıyan bu müsabiqə ilə əlaqədar daxil olan çoxsaylı sual və müraciətləri nəzərə alaraq Təşkilat Komitəsi maraqlanan şəxsləri 15 oktyabr saat 11:00 da MHM-nin konfrans zalında keçiirləcək açıq müzakirəyə dəvət edir.

Bu müzakirəyə qoşulmaqla hazırlayacağınız materialın prioritet istiqamətləri, əhatə etməli olduğunuz əsas sahələr, ötən ilki müsabiqənin qalibləri və onların məqalələri ilə tanış olmaq, Sizi maraqlandıran suallara cavab almaq imkanınız olacaq.