Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri "Elektron Hökumət” Portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadəni asanlaşdırmaq məqsədilə mütəmadi olaraq video-təlimatlar hazırlayaraq istifadəçilərə təqdim edir.
Növbəti video-təlimat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron Hökumət” Portalı vasitəsilə təqdim etdiyi "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti üçün hazırlanmışdır. Video-təlimatda elektron xidmətdən istifadə qaydaları üzrə metodik göstərişlər öz əksini tapmışdır.