Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Komendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

9195
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə 2020-ci il 28 sentyabr saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir.

Nazirlər Kabinetinin 28 sentyabr tarixli 358 nömrəli qərarında fəaliyyətinə icazə verilən dövlət qurumlarının, eləcə də fiziki və hüquqi şəxslərin əməkdaşlarının fəaliyyəti üzrə icazə elektron imza vasitəsilə icaze.e-gov.az portalı üzərindən əldə ediləcək. Portaldan icazələr yalnız fəaliyyəti 21.00-dan 06.00-dək zəruri olan əməkdaşlar üçün əldə edilməlidir.

Bunun üçün dövlət və özəl təşkilatlarının möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsi ilə icaze.e-gov.az portalına daxil olmalıdır. Sitemə giriş “ASAN Login”də mövcud olan “Asan İmza” və “Elektron İmza” vasitəsilə mümkündür. Sistem açıldıqdan sonra sol tərəfdə yerləşən menyuda “İcazələr” düyməsi sıxılır və açılan pəncərədə “Yeni” düyməsinə klik edilir. Açılan birinci xanaya icazə veriləcək məsul şəxsin FİN-i daxil edilir. Bundan sonra “əməkdaş barədə məlumatlar”, həmçinin “Nəqliyyat vasitəsi barədə məlumatlar” və “İcazə barədə məlumatlar” müvafiq olaraq daxil edilərək “Yadda saxla” düyməsi sıxılır. Forma tam doldurulduqdan və məlumatlar yenidən yoxlanıldıqdan sonra “Təsdiqlə” xanası işarələnir və "Yadda saxla" düyməsi sıxılır. “Təsdiqlə” düyməsi sıxıldıqdan sonra məlumatlar avtomatik olaraq Daxili İşlər Nazirliyinə göndərilir və həmin müraciət üzərində dəyişikliklər etmək mümkün olmur. “Təsdiqlə” düyməsi sıxılmayıbsa “İcazələr” bölməsində əks olunan həmin icazə məlumatları “Redaktə” və “Sil” düymələrinin köməkliyi ilə müvafiq olaraq dəyişdirilə və ya sistemdən silinə bilər. “İcazələr” bölməsində sətrlər üzrə əks olunan icazələrin üzərinə klik etməklə onların mövcud statusu barədə məlumat əldə etmək olar. Bundan əlavə möhür səlahiyyətli şəxs sol tərəfdən yerləşən “Səlahiyyətlərin verilməsi” düyməsini klik etməklə açılan pəncərədə “Əlavə et” düyməsini sıxaraq sistemdən istifadə üçün digər şəxsə səlahiyyət verə bilər. Bunun üçün səlahiyyət vermək istənilən şəxsin FİN və şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilərək “Yadda saxla” düyməsi sıxılır. Qeyd edək ki, səlahiyyət veriləcək şəxsin gücləndirilmiş elektron imzası həmin təşkilatın VÖEN-inə bağlı olmalıdır.

Vətəndaşlar mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər. Bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçə, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq öz icazəsinə baxa və ya elektron formasını yükləyə bilərlər.

Fəaliyyət sahəsinə icazə verilən qurumlarla bağlı suallar üçün İqtisadiyyat Nazirliyinin 195 Çağrı xidməti ilə, icazə.e-gov.az portalında icazələrin alınması ilə bağlı məlumat üçün isə “ASAN xidmət”in 9108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.