Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək

4979
Mətni çap edin Mətni kopyala t1 t0 t2

23‭ ‬ ‭ ‬oktyabr‭ ‬ ‭ ‬2020-ci‭ ‬ ‭ ‬il‭ ‬ ‭ ‬tarixində‭ ‬ ‭ ‬rəqəmsal‭ ‬ ‭ ‬hökumətin‭ ‬ ‭ ‬artan‭ ‬ ‭ ‬rolunu,‭ ‬ ‭ ‬rabitənin vacibliyini, qlobal və regional əməkdaşlığa ehtiyacı müzakirə etmək məqsədilə “BMT-nin Elektron Hökumət Sorğusu kontekstindəki region ölkələrində elektron hökumətin‭ ‬ ‭ ‬inkişafı‭ ‬ ‭ ‬yönündə‭ ‬ ‭ ‬nailiyyətlər‭ ‬ ‭ ‬və‭ ‬ ‭ ‬problemlər”‭ ‬ ‭ ‬mövzusunda‭ ‬ ‭ ‬onlayn konfrans‭ ‬ ‭ ‬təşkil‭ ‬ ‭ ‬edilib.‭ ‬ ‭ ‬Onlayn‭ ‬ ‭ ‬konfrans‭ ‬ ‭ ‬Qazaxıstan‭ ‬ ‭ ‬Respublikasının‭ ‬ ‭ ‬Rəqəmsal İnkişaf,‭ ‬ ‭ ‬İnnovasiyalar‭ ‬ ‭ ‬və‭ ‬ ‭ ‬Aerokosmik‭ ‬ ‭ ‬Sənayesi‭ ‬ ‭ ‬Nazirliyi‭nin ‬Birləşmiş‭ ‬ ‭ ‬Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti ilə birgə və “Zerde Milli İnfokommunikasiya Holdinq” ‭ ‬ASC və‭ ‬ Astana‭ ‬ Dövlət‭ ‬ Xidməti‭ ‬ Mərkəzinin təşkilatçılığı ilə keçirilib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və ‭ ‬Sosial İnnovasiyalar‭ ‬ üzrə ‭ ‬Dövlət Agentliyinin‭ ‬ ‭ ‬Elektron ‭ ‬Hökumətin‭ ‬ ‭ ‬İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov spiker qismində iştirak edib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

E-konfransda müxtəlif‭ ‬dövlətlərin, beynəlxalq təşkilatların rəqəmsallaşma və elektron hökumə‭t ‬sahəsində çalışan nümayəndələri və digər şəxslər iştirak ediblər.‬‬‬‬ Konfransın əsas müzakirə mövzuları BMT 2020 sorğusunun nəticələri, elektron hökumətin inkişafında ən yaxşı təcrübələr və regionda elektron hökumətin inkişaf təcrübəsi olub.

EHİM-in‭ ‬ ‭ ‬direktoru‭ ‬ ‭ ‬Fariz‭ ‬ ‭ ‬Cəfərov‭ ‬ Azərbaycanda‭ ‬ ‭ ‬elektron‭ ‬ ‭ ‬hökumətin inkişafı mərhələləri, vətəndaşlara ‭ ‬rəqəmsal formada təqdim ‭ ‬edilən elektron xidmətlər və rəqəmsallaşma ilə bağlı mövcud çağırışlardan bəhs edib. Tədbir iştirakçılarına, həmçinin, “ASAN xidmət”, COVID-19 pandemiyası dövründə ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər və mövcud vəziyyətin idarə edilməsi üçün Mərkəz‭ ‬ ‭ ‬tərəfindən‭ ‬ ‭ ‬hazırlanan‭ ‬ “İcazələrin‭ ‬ ‭ ‬Alınması‭ ‬ və‭ ‬ ‭ ‬Monitorinqi ‭ ‬Sistemi” haqqında geniş təqdimat edilib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Sonda Azərbaycan torpaqlarının 30 ilə‭ ‬ ‭ ‬yaxındır ki, ‭ ‬ ‭ ‬Ermənistan‭ ‬ ‭ ‬Respublikası‭ ‬ ‭ ‬tərəfindən‭ ‬ ‭ ‬işğal‭ ‬ ‭ ‬olunduğu‭ ‬ ‭ ‬və‭ ‬ ‭ ‬hazırda Azərbaycan‭ ‬ ‭ ‬ordusu‭ ‬ ‭ ‬tərəfindən‭ ‬ ‭ ‬həmin‭ ‬ ‭ ‬torpaqların‭ ‬ ‭ ‬azad edildiyi‭ ‬ ‭ ‬qürur hissi ilə diqqətə çatdırı‭lıb. Eyni zamanda ‬işğaldan‭ ‬ ‭ ‬azad‭ ‬ ‭ ‬olunan torpaqlarda‭ ‬ ‭ tezliklə ‬“ASAN‭ ‬ ‭ ‬xidmət”‭ ‬ ‭ ‬mərkəzlərinin‭ ‬ ‭ ‬açılacağına‭ ‬ ‭ ‬və‭ ‬ rəqəmsal‭ ‬ ‭ ‬hökumət qurucululuğun davam etdiriləcəyinə ümid edildiyi bildirilib.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Tədbir BMT-nin 2020-ci il MDB regionu üçün elektron hökumət üzrə tədqiqatının əsas trend və nəticələrini təqdim etmək, COVID-19 pandemiyası zamanı ölkələr arasında‭ ‬ ‭ ‬səmərəli‭ ‬ onlayn‭ ‬ ‭ ‬xidmətlərin‭ ‬ ‭ ‬göstərilməsinə‭ ‬ ‭ ‬dair‭ ‬ təcrübə ‭ ‬və‭ ‬ ‭ ‬fikir mübadiləsi aparmaq, eləcə də ‭ ‬elektron‭ ‬ ‭ ‬hökumətin‭ ‬ inkişafı‭ ‬ ‭ ‬üçün‭ ‬ beynəlxalq‭ ‬ ‭ ‬və regional müstəvidə əməkdaşlığı və koordinasiyanı gücləndirmək məqsədilə təşkil olunub.‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬