Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

4245
Mətni çap edin Mətni kopyala t1 t0 t2

25 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı və “PAŞA Holding”in sponsorluğu ilə həyata keçirilən 2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı uğurla başa çatıb. Proqramın bağlanışına həsr olunan onlayn görüşdə EHİM-in nümayəndələri, münsiflər heyətinin üzvləri, təlimçilər və proqrama qatılan jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən EHİM-in nümayəndələri və münsiflər heyətinin üzvləri ölkəmizdə elektron hökumət quruculuğu haqqında danışıblar, həmçinin rəqəmsallaşma ilə bağlı maarifləndirmədə medianın vacib rolunu vurğulayıblar. İki hissədən ibarət proqramın birinci hissəsində rəqəmsal jurnalistika, İKT sektorunda son trendlər, elektron dövlət layihələri, elektron xidmətlərə dair təlimlər təşkil olunub. Proqramın ikinci hissəsində isə təlimləri uğurla başa çatdıran iştirakçılar arasında yazı müsabiqəsi keçirilib. İştirakçılar müsabiqə üçün jurnalist araşdırmalarını ortaya qoyaraq məqalələr hazırlamış və bu məqalələr münsiflər heyəti tərəfindən xüsusi kriteriyalar əsasında qiymətləndiriliblər. Müsabiqədə media nümayəndələri arasından I yerin sahibi Nicat Nəsirli, II yerin sahibi Rüfət Seyidov, III yerin sahibi Yeganə Nəbiyeva seçiliblər. Qaliblər aidiyyatı olaraq 1000 AZN, 700 AZN və 500 AZN pul mükafatı ilə təltif ediliblər. Bununla yanaşı, proqramı müvəffəqiyyətlə bitirən iştirakçılar EHİM tərəfindən elektron sertifikatlarla təltif olunublar.

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas hədəfi media nümayəndələrinin rəqəmsal xidmətlər haqqında məlumatlılığını daha da artırmaq, elektron xidmətlər sahəsində əhalinin maarifləndirilməsinə töhfə vermək, həmçinin bu xidmətlərdən istifadəni daha da genişləndirməkdir. Proqram ilk dəfə olaraq cari ilin iyun ayında reallaşdırılıb və böyük marağa səbəb olub.   

Xatırladaq ki, EHİM “myGov”, “ASAN Login”, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, eləcə də “e-Satınalma”,“e-agro”, “e-hərrac”, “ADRA icazələr sistemi”, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” və digər elektron layihələri ərsəyə gətirərək, vətəndaşların istifadəsinə verib.