Əvvəlki versiyaya keçid edə bilərsiniz

Əvvəlki versiyaya keçid et

2014-cü ilin sentyabr ayı ərzində "Elektron hökumət" portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə statistikasına əsasən ən çox istifadə olunan beş qurum açıqlandı

2388
Mətni çap edin Mətni kopyala t1 t0 t2

Ötən ayın statistik məlumatlarında olduğu kimi bu ay da e-xidmətlərin istifadə sayına görə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi birinci yeri tutmaqdadır. Nazirliyin 6 xidməti ən aktual xidmətlər sırasındadır. "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi " kimi elektron xidmətlər ölkədə əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasına qoyulan tələblə əlaqədar olaraq artmış, ən aktual elektron xidmətlər sırasına yüksəlmişdir. Ümumilikdə, ƏƏSMN-in təqdim etdiyi 6 xidmət üzrə 1116873 dəfə istifadə qeydə alınmışdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 43 xidməti üzrə 111986 dəfə istifadə qeydə alınmışdır. "Telefon nömrəsi üzrə axtarış", "Rabitə və Kommunal xidməti haqların internet vasitəsilə ödənilməsi", "Mobil cihazların İMEİ kodunun yoxlanılması" kimi xidmətlər ən çox istifadə olunanlar sırasındadır.

Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi "Siğortaolunanın onlayn uçota alınması", "Siğortaolunanlara məlumatın verilməsi", "Siğortaedənin uçot nömrəsinin öyrənilməsi" xidmətləri ilə yanaşı 17 elektron xidmət aktual istifadə olunanlar sırasındadır. Ümumilikdə, 54992 dəfə istifadə qeydə alınmışdır.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 39 xidməti üzrə 7045 dəfə istifadə qeydə alınmış və ən çox müraciət olunan qurumlar sırasında 4-cü yeri tutur.

Nəhayət, 5-ci yerdə Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 6 xidmət üzrə 5453 dəfə istifadə qeydə alınmaqla, aktual qurumlar sırasında yer alır.

Ümumilikdə, 311 elektron xidmət üzrə 1312492 dəfə istifadə qeydə alınmışdır və keçən ayla müqayisədə istifadə sayı 162597 qədər artmışdır.